Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü

 17 may bütün dünyada Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Günü kimi qeyd olunur. Bu tarix bütün proqramçıların, sistem administratorların, internet-provayderlərin, veb-dizaynerlərin və informasiya texnologiyası sahəsində fəaliyyət göstərən hər bir şəxsin bayramı hesab olunur.            Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününün əsas məqsədi internetdən və informasiya-kommunikasiya texnologiyalarından (İKT) istifadənin cəmiyyətlərə və ölkələrə verdiyi imkanlar və “rəqəmsal fərqliliyin” aradan qaldırılması barədə məlumat səviyyəsinin artırılmasına kömək göstərməkdən ibarətdir.             Məktəbin informatika müəllimi Könül Nadirova  məktəblilərlə birlikdə “Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti günü” ilə əlaqədar  tədbir keçirdi.  Tədbirdə məktəbin direktoru, direktor müavini, 240 nömrəli məktəbin müəllim və şagirdləri tamaşaçı qismində iştirak edirdi.             Kiçik Akademiyanın informatikləri dərs ili ərzində keçirdikləri tədbirlərdən ibarət təqdimat nümayiş etdirdilər. Tədbirdə şagirdlər “Sehirlər aləminə səyahət” adlı tamaşa təqdim etdi. 1-ci və 2-ci sinif şagirdlərinin iştirakı tamaşaya xüsusi rəng qatdı.Məktəbin direktoru, direktor müavini  informatika müəllimi şagirdlərin çıxışını dinlədi və dəyərləndirdi, sonda fərqlənən iştirakçılara diplom verildi.Tədbirdə 7 ”B” sinif şagirdləri fəallıqları ilə xüsusi fərqlənirdi.  
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi