Təbiət hadisələri və təbiətin mühafizəsi

Coğrafiya fənn bloku üzrə Kiçik Akademiya üzvləri bir araya gələrək təhqiqatlarını təqdim etdilər. Mövzu “Təbiət hadisələri və təbiətin mühafizəsi” idi. Şagirdlər təbii fəlakətlər: vulkan, zəlzələ, torpaq sürüşmələri və s. haqqında apardıqları təhqiqatın nəticəsi olaraq hazırladıqları təqdimatları maraqlı şəkiıdə nümayiş etdirdilər. Tədbir coğrafiya fənninə marağın artırılması, şagirdlərin təbii fəlakətlər haqqında yeni biliklərə yiyələnməsi, ən başlıcası isə təbiəti qorumağın vacibliyi barədə maarifləndirmə işində mühüm addımlar atılmasına xidmət etdi. Balaca akademiklər “Təbiəti qorumaq üçün nə etməliyik?” sualına cavab olaraq maraqlı fikirlər irəli sürdülər, ağac əkməyin faydalarından söz açdılar, ekologiyaya ziyan vura biləcək ən incə məqamlardan bəhs etdilər. “Məktəbin həyətindən başlamalıyıq” şüarı ilə çıxış edərək gözəl planetimizi daha da gözəlləşdirməyə çalışacaqlarına söz verdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi