Kiçik Akademiya

Xətai rayonu Kiçik Akademiyasının 2020-2021 ci tədris ili üzrə yekun iclası keçirildi.30.06.2021 - ci il tarixində Xətai rayonu üzrə Kiçik Akademiya rəhbərlərinin 2020-2021-ci tədris ili üzrə yekun iclası keçirildi. İclası 27 nömrəli tam orta məktəbin direktoru Həsənova Könül açıq elan etdi və KA-ların gördükləri işlərlə bağlı ümumi məlumat verdi. Daha sonra KA bölmə rəhbərləri öz akademiyalarının fəaliyyətləri ilə bağlı məlumatlar verdilər ,müxtəlif nailiyyətləri ilə fərqlənən istedadlı şagirdlrlərinin uğurlarını əks etdirənn video çarxlar nümayiş etdirdilər. İclasda bizim məktəbin KA -nın prezidenti Rəsul Rzayev və vitse-prezidenti Fidan Allahverdiyeva qazandıqları nailiyyətlərində KA-nın rolunu qiymətləndirdilər. Sonda növbəti tədris ilində KA-nn fəaliyyətinin daha genişləndirərək uğurlu nəticələrə imza atması qarşıya məqsəd qoyuldu.

Ətraflı

Şagirdlər talassemiya xəstəliyi barədə məlumatlandırıldı    14 noyabr 2019-cu il tarixində məktəbin 9A sinfində şagirdləri maarifləndirmək məqsədilə məktəbin biologiya müəllimi İradə Seyidova "Talassemiya nədir?", "Talassemiyanın yaranma səbəbləri, müalicəsi, fəsadları" haqqında şagirdlərə geniş məlumat verdi, videoçarx nümayiş olundu.     Məktəbin biologiya müəllimi tərəfindən təşkil edilən tədbirdə xəstəliyin profilaktikası üçün cəmiyyətin maarifləndirilməsinin və daşıyıcıların araşdırılaraq aşkara çıxarılmasının vacibliyi vurğulanıb.

Ətraflı

Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş olimpiada    Təhsil Nazirliyinin dəstəyi ilə "Rossotrudniçectvo"nun Azərbaycandakı nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə Teams platforması üzərindən rus dili və ədəbiyyatı üzrə olimpiadanın 1-ci mərhələsi keçirilmişdir.     Bu olimpiadada 257 nömrəli tam orta məktəbin 7-9-cu sinif şagirdləri də iştirak etmişdir. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığına aid 3 variantda verilmiş test suallarını Microsoft forms platforması üzərindən yerinə yetirmişlər.      Olimpiadanın 1-ci mərhələsində məktəbin 4 şagirdi: 7B sinif şagirdi Qiyasova Məryəm Abbas qızı, 7F sinif şagirdi Xələfbəyli Elmir Emil oğlu, 9Ç sinif şagirdləri  Əliyev Fərid Rəfael oğlu və Xələfov Fəqan Səbuhi oğlu yüksək bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışlar.     Şagirdlərimizə məktəbin rəhbərliyi və müəllim kollektivi adından növbəti turda müvəffəqiyyətlər qazanmağı diləyirik.

Ətraflı

"Əlaçı" televiziya verilişinin superfinalçısı- Rəsul RzayevHər il GameTv.Az Prodüser Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Əlaçı” televiziya layihəsi həyata keçirilir. Yarış Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin 10-cu siniflərini əhatə edən şagirdlər arasında olur.. Layihənin məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirməkdən ibarətdir. 2021-ci il fevralın 20-də layihənin 12-ci mövsümünə 257 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Rəsul Rzayev də qoşularaq təhsil aldığı məktəbi böyük uğurla təmsil etmişdir. Rəsul “Əlaçı”verilişinin bütün yarışlarından qalib kimi çıxaraq son mərhələnin-superfinalın da qalibi olmuşdur. Rəsul Rzayev bu qalibiyyəti ilə həm 257 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə, həm də valideynlərinə böyük qürur hissi yaşatmış oldu. Rəsula yeni-yeni nailiyyətlər arzu edirik!

Ətraflı

Fibonacci intellektual yarışının 2-ci mövsümündə növbəti qalibiyyətimiz    Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” III qrant müsabiqəsi çərçivəsində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışının 2-ci mövsümünün açılış mərasimi keçirilib.     Bakı şəhəri  6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə keçirilən tədbirdə iştirak edən nazirliyin Təhsildə innovasiyalar sektorunun müdiri Orxan Abbasov layihənin başlıca məqsədinin akademik savadla yanaşı məktəb-şagird, şagird-müəllim və məktəblilərarası əlaqələrin möhkəmləndirilməsindən ibarət olduğunu diqqətə çatdırıb. Orxan Abbasov bildirib ki, şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübə və biliyini təhlil etmək, özünüqiymətləndirmə, əməkdaşlıq etmək, başqalarını dinləmək və müxtəlif fikirlərə hörmət etmək bacarıqlarını aşılamaq, onlarda kreativ təfəkkürü inkişaf etdirmək də layihənin məqsədləri sırasındadır.     Bakı şəhəri 6 nömrəli məktəb-liseyin direktoru Gülşən Orucova da öz növbəsində şagirdlərin məntiqi təfəkkürünün inkişafında bilik yarışlarının əhəmiyyətini diqqətə çatdırıb. Layihə barədə məlumat verən Gülşən Orucova qeyd edib ki, Fibonacci intellektual oyunlarına Bakı şəhəri üzrə 40 məktəb cəlb olunub. 8 adi, 2 yarımfinal və 1 final oyununun keçirilməsi nəzərdə tutulub.     Bildirilib ki, məktəblərin cari akademik fəaliyyətini nəzərə alaraq oyunların ayda iki dəfə, şənbə günləri keçirilməsi planlaşdırılıb. Şagirdlərin motivasiyasının təmin edilməsi məqsədilə onların yaş və maraq dairələrinin tələblərinə uyğun hər bir mərhələ oyununda və finalda qalib gələn komandalara xüsusi hədiyyələr təqdim ediləcək.     Rəsmi açılış mərasimindən sonra yarışın ilk oyununa start verilib.     Oyunun nəticələrinə görə, məktəbimizin "Tərqqi" komandası bu yarışmanın 2-ci mövsümündə də uğur qazanaraq  III yeri əldə etmişdir.     Yarışmanın sonunda qalib komandamıza da xüsusi hədiyyələr təqdim edilib.

Ətraflı

40 MƏKTƏBİN İŞTİRAKI İLƏ MƏKTƏBLİLƏRARASI - «FİBONACCİ» İNTELLEKTUAL YARIŞI    26 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın 2-ci mövsümünə start verildi.     Layihə çərçivəsində keçirilən yarışın əsas məqsədi məktəb-şagird, şagird –müəllim və məktəblilərarası əlaqələrin möhkəmləndirilməsindən ibarətdir. Bundan əlavə şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz biliyini təhlil etmək, əməkdaşlıq etmək, başqalarını dinləmək və müxtəlif fikirlərə hörmət etmək bacarıqlarını aşılamaq layihənin məqsədləri sırasındadır.     Yarışda məktəbimizin komandası 3-cü yerə layiq görülmüşdür. Bu münasibətlə məktəbimizin komandasını təbrik edirik.

Ətraflı

Nəriman Nərimanovun 150 illik yubileyiMillət yolunda daim ideoloji mübarizələrdə narahat bir həyat yaşayan tarixi şəxsiyyətlərdən biri də yazıçı-publisist, maarifçi-pedaqoq, həkim,  görkəmli dövlət xadimi, ən ümdəsi də alovlu vətənpərvər ,böyük azərbaycanlı Nəriman Nəcəf oğlu Nərimanovdur. Təbii ki, bu böyük şəxsiyyətin həyat yolu, vətəninə, xalqına xidməti gəncliyimiz üçün əsl örnəkdir. Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin  təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ümummilli liderimizin yolunu davam etdirən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral 2020-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncama əsasən 257 nömrəli tam orta məktəb də tədbirlər planı hazırlamış və həyata keçirmişdir. Məktəbin V-VIII sinif şagirdləri görkəmli ədibin əsərləri əsasında ədəbi-bədii kompozisiya hazırlamış və pandemiya şəraitinə görə onlayn şəkildə təqdimat etmişlər.

Ətraflı

Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyiAzərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 2020-ci ilin may ayında anadan olmasının 150 illiyi tamam olmuşdur.Bu  münasibətlə  Prezident  İlham Əliyev  bu  il  yanvarın  31-də   sərəncam imzalamışdır. Sərəncamda  deyilir:“Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır”. Bu sərəncama əsasən 257 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Ə.Haqverdiyevin əsərlərinin əsasında video-çarxlar və bu  əsərlərə çəkilmiş illüstrasiyalar hazırlayaraq onlayn təqdimat etmişlər. Təqdimat zamanı ədibin “Mirzə Səfər”, “Bomba”,”Şeyx Şəban” əsərləri də müzakirə olunub. Onu  da   qeyd  edək  ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək. Ədibin adının UNESKO-nun2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.

Ətraflı

Vətənin qəhrəman oğullarıAzərbaycan Respublikası Təhsil Nazirliyinin 16.11.2020 – ci il tarixli F – 512 nömrəli əmri ilə təsdiq olunmuş Fəaliyyət Planına əsasən, “Vətənin qəhrəman oğulları” mövzusunda şagird təqdimatlarının təşkili və videoçarxlar hazırlanması şagirdlər tərəfindən çox böyük maraqla qarşılandı. Təqdimatların təşkilində məqsəd şagirdlərə Vətən üçün canından keçən qəhrəman oğulları tanıtmaq, şəhidlərimizin ruhuna hörmət və ehtiram hissləri aşılamaq, şagirdlərdə hərbi vətənpərvərlik hissini formalaşdırmaq, Vətənə, torpağa məhəbbət hissini gücləndirməkdir. Məktəbimizin ibtidai sinif şagirdləri Azərbaycan torpaqlarının bütövlüyü uğrunda gedən Vətən müharibəsində canını və qanını fəda etmiş igid əsgərlərimiz haqqında videoçarxlar hazırlamışdır. https://youtu.be/UqTdn2eyGps https://youtu.be/3PrnyUvjusM https://youtu.be/DTW4LktHpcs https://youtu.be/6KixfPQhAUM https://youtu.be/xqalwiqHveI https://youtu.be/BKFjXn9cSHE https://youtu.be/qWkymmggqbs https://youtu.be/HtnV2HMj__w https://youtu.be/0GR2MxKtptE https://youtu.be/zdtZRmrYLxA https://youtu.be/1I1I0X34Wqk https://www.youtube.com/watch?v=3cY0H2zx8u4

Ətraflı

Qalibiyyət "Tərəqqi"nindir!Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın ilk mərhələsi başa çatmışdır. Yarışda iştirak edən 20 məktəbin içindən qalib addımlarla birinciliyə doğru irəliləyən 257 nömrəli  tam orta məktəbin “Tərəqqi” komandası bir-birinin ardınca uğur qazandıqca rəqib komandalar arasından seçilərək II yerə layiq görülmüşdür. Komandanın üzvləri bu gözəl xəbəri tezliklə məktəbin müəllim və şagird heyətinə çatdırmış, onlarla bu sevinci birlikdə yaşamışlar. “Tərəqqi” komandasına növbəti yarışda da uğur qazanmağı, təhsiıl aldıqları 257 nömrəli məktəbin adını birinci yerə yazdırmağı arzu edirik!

Ətraflı

"Tərəqqi"nin növbəti uğuru    25 yanvar 2020-ci ildə Bakı şəhərində "Fibonacci" intellektual yarışının yeddinci oyunu keçirildi.     257 nömrəli məktəbin "Tərəqqi" komandası bu yarışda növbəti uğurunu əldə etdi. Komandamız yarışda iştirak edən 20 məktəb komandası arasından seçilərək IV yerə layiq görüldü.     Sonuncu mərhələnin nəticələrini səbirsiliklə gözləyir,komanda üzvlərinə və İradə müəlliməyə məktəbin kollektivinə birinci yerə sahib olmağın sevincini yaşatmağı arzu edirik!

Ətraflı

"Tərəqqi" komandasının uğuru    Oktyabrın 26-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində 6 №li  məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası “Fibonacci”  intellektual yarışı”nın 2-cü mövsümünün rəsmi açılış mərasimi və ilk oyunlar baş tutmuşdur.     Bu intellektual oyun şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti, özünü qiymətləndirmək, əməkdaşlıq etmək (komanda şəklində işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi),başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmaq, öz fikirlərini arqumentlərlə izah və sübut etmək,kreativ təfəkkürün inkişafı,  sosial fəallıq,  birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq kimi fikirləri aşılayaraq onların arasında gələcək cəmiyyətlə bağlı sanki bir körpü yaratmış olur.     257 nömrəli məktəbin “Tərəqqi” komandası da İradə Seyidovanın rəhbərliyi ilə mütəmadi olaraq  bu yarışlarda iştirak edərək müxtəlif yerlərdə qalibiyyət əldə edirlər. Bu dəfəki yarışda isə komandamız 5-ci yerə layiq görülmüşdür. Şagirdlər tarix, Azərbaycan və dünya coğrafiyası, riyaziyyat, fizika, kimya, Azərbaycan və dünya ədəbiyyatı, biologiya və başqa fənlərdən bilik tələb edən əyləncəli, düşündürücü, mülahizə tələb edən suallara cavablar taparaq məktəbin adını 20 məktəb arasında yüksək yerlərə aparıb çıxara bilmişlər.     Ümid edirik ki, gələcək oyunlarda “Tərəqqi” komandası 257 nömrəli məktəbin adını qaliblər siyahısına da yazdıracaqdır. Şagirdlərimizə və İradə müəlliməyə  uğurlar diləyirik

Ətraflı

Şagirdimizin yazı işi "Heydər Əliyev və Azərbaycan tarixi" kitabına daxil edilmişdir    24 dekabr 2019-cu il tarixində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət kitabın təqdimat mərasimi keçirildi.      Təqdimat mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.     Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən İdarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında ulu öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər.     Elmi rəhbər tarix müəllimi Səbinə Məlikovanın rəhbərliyi ilə məktəbin 11-ci sinif şagirdi Aydan Məlikovanın hazırladığı "Müasir Azərbaycanda multikulturalizm" mövzusunda yazı işi müsabiqəsinin qalibi seçilərək kitaba daxil edilmişdir.     Bu münasibətlə şagirdimizi təbrik edirik.  

Ətraflı

"Dəyirmi masa"Məktəbin VII,VIII və IX sinif şagirdləri Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri , milli-mənəvi dəyərləri, zəngin təbiətinin təbliği ilə bağlı dəyirmi masa təşkil edərək yuxarıda sadalanan bütün bu mövzular barədə müzakirələr aparılmış, hər kəs öz fikir və düşüncələrini söyləmişdir. Şagirdlərdən Fidan Allahverdiyeva, Fəridə Hacıyeva, Fatimə Allahverdiyeva seçdikləri mövzular ətrafında dəyirmi masa ətrafında toplaşanlarla debata qoşulmuş,maraqlı mülahizələr irəli sürmüşlər. Dəyirmi masa arxasında çox maraqla keçən bu müzakirə şagirdlərin yekdil fikri ilə nəticələnmişdir: “Tariximizi bilmədən onu nə qoruya, nə də  gələcək nəsillərə ötürə bilərik.Buna görə dövlətimizin var oluşu,milli-mənəvi dəyərlərimizin toxunulmazlığı üçün bütün məlumat və biliklərə dərindən yiyələnməli və onlara sahib çıxmalıyıq!”.

Ətraflı

Şagird tədqiqatlarının təşkili25 fevral 2020-ci il tarixində məktəbin VIII sinif şagirdləri yaşadıqları yerin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı apardıqları tədqiqatların təqdimatını keçirmişlər. Şagirdlər böyük maraqla yuxarıda sadalanan mövzular üzrə araşdırmalar apararaq yaşadıqları ərazinin tarixi, adətləri, məşhur şəxsiyyətləri ilə bağlı maraqlı məlumatlar toplamışlar. Məktəbin adını daşıyan şəhid Ədalət Abbasov haqqında edilən təqdimat şagirdlərin daha çox diqqətini çəkmiş,onunla fəxr etdiklərini bildirmişlər. Təqdimatın sonunda şagirdlər belə araşdırmaların onların dünyagörüşünün formalaşmasında,daha çox məlumatlı olmaqlarında əvəzsiz rolu olduğunu qeyd etmişlər.

Ətraflı

"Qarabağ- Azərbaycandır!"adlı inetellektual müsabiqənin məktəb mərhələsiPaytaxtın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təlimat verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması müsabiqənin əsas hədəflərindən biridir. Qeyd edək ki, müsabiqənin əsas mövzuları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəni irsi, coğrafiyası və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Bu gün – dekabr ayının 12-də 257 nömrəli tam orta məktəbdə  üç mərhələdən ibarət olan bu  müsabiqənin I mərhələsinə ( məktəbdaxili mərhələ) start verildi. Müsabiqə məktəbin VIII-XI sinifləri arasında onlayn formada keçirildi. Müsabiqədə iştirak edən şagirdlərdən  9c sinif şagirdi Əliyev Fərid Rafael oğlu verdiyi cavablara ,bilik səviyyəsi, dünyagörüşü, göstərilən mövzular üzrə geniş məliumata sahib olduğuna görə digər iştirakçılardan fərqlənərək 165 bal toplayaraq yarışın qalibi seçildi. Qeyd edək ki, ikinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə dekabrın 16-22-də təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək. Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.

Ətraflı

"Kiçik Akademiya"nın elmi-metodik konfransıYaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması və onlarda elmi dünyagörüşünün formalaşdırılması istiqamətində fəaliyyətin təşkili həmin şagirdlərin gələcəyə dair seçimlərində yüksək önəm kəsb edir. Bu məqsədlə Ümumi təhsil müəssisələrində “Kiçik Akademiya”lar yaradılmışdır. 17 may 2021-ci il tarixində Bakı şəhər Xətai rayon üzrə “Kiçik Akademiya”nın onlayn formada elmi-metodik konfransı keçirilmişdir. Konfransda tədris ilinin yekunlarına aid məsələlər barədə müzakirələr aparılmışdır.

Ətraflı

"Kiçik Akademiya"üzvləri arasında təşkil olunmuş tədqiqatçılıq müsabiqəsinin qalibi"Kiçik Akademiya"üzvləri arasında tədqiqatçılıq müsabiqəsinin keçirilməsi barədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin 19 noyabr 2019-cu il tarixli F-426 nömrəli əmrinə əsasən məktəbin VIII-X sinif şagirdləri arasında tədqiqatçılıq müsabiqəsi keçirilmiş,müsabiqənin məktəb mərhələsində seçilən ən yaxşı araşdırma işi II mərhələyə təqdim edilmişdir. Məktəbin 9A sinif şagirdi Rəsul Rzayevin “Plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri”mövzusunda tədqiqat işi II mərhələdə seçilərək “Tərifnamə”yə layiq görülmüşdür.

Ətraflı

"Kiçik Akademiya üzvləri arasında tədqiqatçılıq müsabiqəsi" nin ilk mərhələsi    03 dekabr 2019-cu il tarixində məktəbdə "Kiçik Akademiya üzvləri arasında tədqiqatçılıq müsabiqəsi" nin ilk mərhələsi keçirilib. Müsabiqədə məktəbin 9A sinif şagirdləri Müsəliyev Həsən "Səs -küy çirklənməsi", Rzayev Rəsul isə "Plastik qablaşdırmadan istifadənin orqanizmə mənfi təsiri"adlı öz təqdimatlarını nümayiş etdilər.     "Kiçik Akademiya"nın müəllimlərdən ibarət olan münsiflər heyətinin qərarına görə məktəbin 9A sinif şagirdi Rzayev Rəsulun təqdimatı I yerə layiq görüldü və müsabiqənin ikinci mərhələsində iştirak etmək hüququ qazandı.    

Ətraflı

"Kiçik Akademiya"nın bölmə rəhbərlərinin iclası  Paytaxtımızın ümumtəhsil müəssisələrində fəaliyyət göstərən "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər keçirilir. 02.11.2019-cu il tarixində 60 nömrəli məktəbdə keçirilən təlimdə məktəbimizdə təşkil olunan "Kiçik Akademiya"nın rəhbəri İradə Seyidova iştirak etmişdir. Təlimdə aldığı məlumatlarla bağlı o, məktəbimizin "Kiçik Akademiya"sının  bölmə rəhbərlərini təlimatlandıraraq bildirmişdir ki, "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. İclasda bölmə rəhbərləri fikir mübadiləsi apararaq "Kiçik Akademiya" nın fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmışlar.

Ətraflı

MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMATBakı şəhəri 257 nömrəli məktəbdə 02 noyabr 2018-ci il tarixində təbiət, fizika-riyaziyyat, texniki bölmələri üzrə məktəbin "Kiçik akademiyası" təşkil olundu. Akademiyaya rəhbərlik məktəbin biologiya müəllimi "Tərəqqi" və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” mükafatçısı Seyidova İradəyə həvalə olundu. “Kiçik Akademiya”nın tərkibində ŞEC yaradıldı. MKA-nın bölmələrinə elmi rəhbərlik etmək üçün müəllimlər və bölmə rəhbərləri seçildi. Hər bir bölmə üzrə cavabdeh müəllimin rəhbərliyi ilə tədris ilinin birinci yarımili ərzində görüləcək işlərlə bağlı plan hazırlandı. Hazırlanmış planlar üzrə ŞEC üzvlərinə hazırlayacaqları məruzə, tezis, referat və layihələrin mövzuları təqdim edildi. Qeyd edək ki , hər ayın sonunda görülmüş işlərlə bağlı hesabatların təqdimatı keçirilir. ŞEC-ə 7-ci siniflər üzrə bir, 8-ci siniflər üzrə üç,9-cu siniflər üzrə yeddi,10-cu siniflər üzrə yeddi,11-ci sinflər üzrə dörd üzv seçilmişdir.Məktəb üzrə MKA-nın qarşısında qoyduğu məqsəd MKA-nın AMEA ilə əməkdaşlığını qurmaq,fənn aylıqları ilə bağlı məruzə ,tezis və referatlar hazırlamaq,fənn olimpiadalarına hazırlıqda şagirdlərə köməklik göstərmək,milli-mənəvi dəyərlərə bağlılıqla bağlı mütəmadi olaraq layihələr hazırlamaqdır.

Ətraflı
HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Qəşəm Məmmədli Fərhad

Murad Əliyev Elçin

HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ild...

BİZİM FƏXRLƏRİMİZ

Qəşəm Məmmədli Fərhad

Murad Əliyev Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi