"Kiçik Akademiya"nın bölmə rəhbərlərinin iclası

  Paytaxtımızın ümumtəhsil müəssisələrində fəaliyyət göstərən "Kiçik Akademiya" rəhbərləri üçün təlimlər keçirilir. 02.11.2019-cu il tarixində 60 nömrəli məktəbdə keçirilən təlimdə məktəbimizdə təşkil olunan "Kiçik Akademiya"nın rəhbəri İradə Seyidova iştirak etmişdir. Təlimdə aldığı məlumatlarla bağlı o, məktəbimizin "Kiçik Akademiya"sının  bölmə rəhbərlərini təlimatlandıraraq bildirmişdir ki, "Kiçik Akademiya"ların fəaliyyətinin gücləndirilməsi, şagirdlərdə akademiyalara marağın artırılması qarşıya qoyulan əsas məqsədlərdəndir. İclasda bölmə rəhbərləri fikir mübadiləsi apararaq "Kiçik Akademiya" nın fəaliyyətinin daha da genişləndirilməsi ilə bağlı müzakirələr aparmışlar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi