Nəriman Nərimanovun 150 illik yubileyi

Millət yolunda daim ideoloji mübarizələrdə narahat bir həyat yaşayan tarixi şəxsiyyətlərdən biri də yazıçı-publisist, maarifçi-pedaqoq, həkim,  görkəmli dövlət xadimi, ən ümdəsi də alovlu vətənpərvər ,böyük azərbaycanlı Nəriman Nəcəf oğlu Nərimanovdur. Təbii ki, bu böyük şəxsiyyətin həyat yolu, vətəninə, xalqına xidməti gəncliyimiz üçün əsl örnəkdir. Nəriman Nərimanovun XX əsr Azərbaycan tarixində əhəmiyyətli iz qoymuş ictimai-siyasi fəaliyyəti məhz ulu öndər Heydər Əliyevin nüfuzu və qətiyyəti sayəsində layiqli qiymətini alaraq bütöv şəkildə doğma xalqa çatdırılmışdır. Nəriman Nərimanovun 100 və 125 illik yubileylərinin təntənə ilə qeyd edilməsinin, Bakıda əzəmətli abidəsinin ucaldılmasının və ev-muzeyinin yaradılmasının, həmçinin ölkəmizin hüdudlarından kənarda xatirəsinin əbədiləşdirilməsinin  təşəbbüskarı ümummilli lider Heydər Əliyev olmuşdur. Ümummilli liderimizin yolunu davam etdirən  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görkəmli yazıçı və dövlət xadimi Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında 14 fevral 2020-ci il tarixli sərəncam imzalamışdır. Bu sərəncama əsasən 257 nömrəli tam orta məktəb də tədbirlər planı hazırlamış və həyata keçirmişdir. Məktəbin V-VIII sinif şagirdləri görkəmli ədibin əsərləri əsasında ədəbi-bədii kompozisiya hazırlamış və pandemiya şəraitinə görə onlayn şəkildə təqdimat etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi