FƏXRİMİZ

Ədalət Ənvər oğlu Abbasov

Ədalət Ənvər oğlu Abbasov 1971-ci  il iyulun 23-də Bakı şəhərində anadan olub.

1988-ci ildə 257 nömrəli tam orta məktəbi bitirib. Məktəbi bitirdikdən sonra Poltexnik İnstitutunun Radio-televizor fakültəsinin axşam şöbəsinə qəbul olunub.Təhsilini davam etdirməklə Mayak Radio Mərkəzində 4-cü dərəcəli usta kimi işə qəbul olunub.

Ədalət Abbasov 1989-cu ildə ordu sıralarına çağırılıb. Ukraynada – Xarkov şəhərində ordu sıralarında hərbi xidmətə başlayıb.İlyarımlıq xidmətini Vladiqafqazda  başa vurub.

Ədalət  Abbasov  hərbi xidmətdən qayıtdıqdan sonra ixtisasına uyğun olaraq Radioötürücü Stansiyada işə düzəlib.Ali təhsilini axşam şöbəsində  davam etdirib.Bir müddət iş təcrübəsi topladıqdan sonra öz arzusu ilə rabitəçi kimi hərbi xidmətə yollanıb.Bir neçə dəfə Ağdam bölgəsində ezamiyyətdə olub.Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Rəsmi sənədlərdə ölüm tarixi 21 mart 1993-cü ildir.Ağdam rayonu Qalayçılar – Papravənd istiqamətində gedən döyüşdə həlak olub.I Şəhidlər Xiyabanında  dəfn edilib.

Bakı Şəhər Xalq  Deputatları Sovetinin Rəyasət Heyətinin 4/31 saylı 15 aprel 1994-cü il tarixli qərarından çıxarışa əsasən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 257 nömrəli tam orta məktəbə şəhid - Ədalət Ənvər oğlu  Abbasovun adı verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2007- ci il 19 mart tarixli 2019 nömrəli Sərəncamına əsasən şəhid Abbasov Ədalət Ənvər oğlunun ailəsinə ölümündən sonra Azərbaycan Respublikasının “Hərbi Xidmətlərə Görə” medalı verilib.

Məktəbin  giriş tərəfindən olan həyətində şəhidin büstü qoyulub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi