HAQQIMIZDA

Şəhid Ədalət Abbasovun adını daşıyan 257 nömrəli tam orta məktəb 1974-cü ildən fəaliyyət göstərir.Məktəbimiz iki dəfə “İlin məktəbi” adını almışdır. Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən məktəbimiz  2010 və 2015-ci ildə " Ən yaxşı ümumi təhsil müəssisəsi " müsabiqəsinin qalibi olmuşdur

Təhsil Nazirliyi və SOS Uşaq kəndləri Azərbaycan Assosiasiyasının birgə razılığı ilə 2011-ci ildən məktəbdə valideyn himayəsindən məhrum, həm də maddi çətinlikləri olan şagirdlər üçün nəzərdə tutulmuş “Təhsilə dəstək” layihələri tətbiq edilmişdir. Həmin layihələr hazırda məktəbdə uğurla həyata keçirilir.

Məktəb 2013-2014-cü dərs ilində yüksək səviyyədə əsaslı təmir edilmişdir. 2017-ci iluin avqust ayında  məktəbimizin yeni tikilən korpusunun  açılışında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev iştirak etmişdir. Məktəbdə bütün lazımi avadanlıqlarla təchiz edilmiş fənn kabinetləri, laboratoriyalar, kompüter otaqları, akt və idman zalları var. Məktəbdə 160 nəfər pedaqoji işçi təqribən 2200 nəfər şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Məktəb hər il olimpiadaların Respublika turunda qalibləri ilə seçilir. 2015-ci , 2016-cı və 2018-ci ildə məktəbimizin məzunları  arasında  qızıl medala layiq görülənlər olmuşdur.

Hərbi vətənpərvərlik tərbiyəsi işinin düzgün qurulmasının nəticəsidir ki, məktəbin “Cəsurlar” və “Şahinlər” komandaları hərbi idman oyunlarının yekun mərhələsinin qalibi olaraq, altı dəfə Respublika çempionu olmuşdur. Bu uğurlara görə məktəb iki dəfə “Gənclər” mükafatına layiq görülmüşdür. Qazanılmış uğurlara görə məktəb dəfələrlə Azərbaycan Respublikası Təhsil Nazirliyinin, Gənclər və İdman Nazirliyinin, Müdafiə Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və Xətai Rayon İcra Hakimiyyətinin fəxri diplomlarına layiq görülmüşdür.

Şagirdlərimiz müxtəlif rəsm və idman  müsabiqələrində qalibiyyətlər əldə edirlər.

Azərbaycan Respublikası Prezidentinin 03 oktyabr 2017-ci il tarixli sərəncamına əsasən məktəbimizin biologiya müəllimi Seyidova İradə Dursun qızı Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilmişdir. Qeyd edək ki, 2016-2017-ci tədris ilində İradə müəllimə “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunmuşdur.

2017-2018-ci tədris ilində məktəbimizdə SOS Uşaq Kəndi ilə birgə olan layihələrdən biri olan STEM layihəsi ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə fəaliyyət göstərmişdir.

10 dekabr 2017- ci il tarixində keçirilən Fənn müsabiqələrinin yekun mərhələsinin nəticələrinə görə müsabiqədə fəallıqla iştirak edən şagirdimizdən ikisi  müvəffəq nəticə göstərmişdir: biologiya fənni üzrə 7 A sinif şagirdi Rzayev Rəsul Kamal oğlu 2-ci yerə, informatika fənni üzrə 7 C sinif şagirdi Rəcəbov Ülvi Aydın oğlu isə 1-ci yerə layiq  görülmüşlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi