"Əlaçı" televiziya verilişinin superfinalçısı- Rəsul Rzayev

Hər il GameTv.Az Prodüser Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə məktəblilər arasında “Əlaçı” televiziya layihəsi həyata keçirilir. Yarış Bakı şəhərində yerləşən ümumtəhsil məktəblərinin 10-cu siniflərini əhatə edən şagirdlər arasında olur.. Layihənin məqsədi gənclər arasında intellektual hərəkatı inkişaf etdirməkdən ibarətdir. 2021-ci il fevralın 20-də layihənin 12-ci mövsümünə 257 nömrəli tam orta məktəbin 10A sinif şagirdi Rəsul Rzayev də qoşularaq təhsil aldığı məktəbi böyük uğurla təmsil etmişdir. Rəsul “Əlaçı”verilişinin bütün yarışlarından qalib kimi çıxaraq son mərhələnin-superfinalın da qalibi olmuşdur. Rəsul Rzayev bu qalibiyyəti ilə həm 257 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinə, həm də valideynlərinə böyük qürur hissi yaşatmış oldu. Rəsula yeni-yeni nailiyyətlər arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi