Nizami Gəncəvi yaradıcılığına həsr olunmuş olimpiada

    Təhsil Nazirliyinin dəstəyi ilə "Rossotrudniçectvo"nun Azərbaycandakı nümayəndəliyi tərəfindən 19 aprel 2021-ci il tarixdə Teams platforması üzərindən rus dili və ədəbiyyatı üzrə olimpiadanın 1-ci mərhələsi keçirilmişdir.     Bu olimpiadada 257 nömrəli tam orta məktəbin 7-9-cu sinif şagirdləri də iştirak etmişdir. Şagirdlər Nizami Gəncəvinin həyat və yaradıcılığına aid 3 variantda verilmiş test suallarını Microsoft forms platforması üzərindən yerinə yetirmişlər.      Olimpiadanın 1-ci mərhələsində məktəbin 4 şagirdi: 7B sinif şagirdi Qiyasova Məryəm Abbas qızı, 7F sinif şagirdi Xələfbəyli Elmir Emil oğlu, 9Ç sinif şagirdləri  Əliyev Fərid Rəfael oğlu və Xələfov Fəqan Səbuhi oğlu yüksək bal toplayaraq növbəti mərhələdə iştirak etmək hüququ qazanmışlar.     Şagirdlərimizə məktəbin rəhbərliyi və müəllim kollektivi adından növbəti turda müvəffəqiyyətlər qazanmağı diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi