Xətai rayonu Kiçik Akademiyasının 2020-2021 ci tədris ili üzrə yekun iclası keçirildi.
30.06.2021 - ci il tarixində Xətai rayonu üzrə Kiçik Akademiya rəhbərlərinin 2020-2021-ci tədris ili üzrə yekun iclası keçirildi.
İclası 27 nömrəli tam orta məktəbin direktoru Həsənova Könül açıq elan etdi və KA-ların gördükləri işlərlə bağlı ümumi məlumat verdi. Daha sonra KA bölmə rəhbərləri öz akademiyalarının fəaliyyətləri ilə bağlı məlumatlar verdilər ,müxtəlif nailiyyətləri ilə fərqlənən istedadlı şagirdlrlərinin uğurlarını əks etdirənn video çarxlar nümayiş etdirdilər.
İclasda bizim məktəbin KA -nın prezidenti Rəsul Rzayev və vitse-prezidenti Fidan Allahverdiyeva qazandıqları nailiyyətlərində KA-nın rolunu qiymətləndirdilər.
Sonda növbəti tədris ilində KA-nn fəaliyyətinin daha genişləndirərək uğurlu nəticələrə imza atması qarşıya məqsəd qoyuldu.