Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük dramaturq, nasir, publisist və teatr təşkilatçısı, tanınmış ictimai xadim Əbdürrəhim bəy Haqverdiyevin 2020-ci ilin may ayında anadan olmasının 150 illiyi tamam olmuşdur.Bu  münasibətlə  Prezident  İlham Əliyev  bu  il  yanvarın  31-də   sərəncam imzalamışdır. Sərəncamda  deyilir:“Əbdürrəhim bəy Haqverdiyev öz məşhur sələflərinin ədəbi ənənələrinin layiqli davamçısı və geniş erudisiyaya malik müasir dünyagörüşlü maarifpərvər ziyalı kimi çoxşaxəli fəaliyyət göstərmiş, Azərbaycan realist ədəbiyyatını və maarifçi-demokratik fikrini yeni mərhələyə qaldıraraq milli düşüncənin inkişafında əhəmiyyətli rol oynamışdır”. Bu sərəncama əsasən 257 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdləri Ə.Haqverdiyevin əsərlərinin əsasında video-çarxlar və bu  əsərlərə çəkilmiş illüstrasiyalar hazırlayaraq onlayn təqdimat etmişlər. Təqdimat zamanı ədibin “Mirzə Səfər”, “Bomba”,”Şeyx Şəban” əsərləri də müzakirə olunub. Onu  da   qeyd  edək  ki, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi UNESKO-da qeyd ediləcək. Ədibin adının UNESKO-nun2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi onun humanist ruhlu yaradıcılığının lazımınca və yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi