Qalibiyyət "Tərəqqi"nindir!

Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın ilk mərhələsi başa çatmışdır. Yarışda iştirak edən 20 məktəbin içindən qalib addımlarla birinciliyə doğru irəliləyən 257 nömrəli  tam orta məktəbin “Tərəqqi” komandası bir-birinin ardınca uğur qazandıqca rəqib komandalar arasından seçilərək II yerə layiq görülmüşdür. Komandanın üzvləri bu gözəl xəbəri tezliklə məktəbin müəllim və şagird heyətinə çatdırmış, onlarla bu sevinci birlikdə yaşamışlar. “Tərəqqi” komandasına növbəti yarışda da uğur qazanmağı, təhsiıl aldıqları 257 nömrəli məktəbin adını birinci yerə yazdırmağı arzu edirik!
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi