40 MƏKTƏBİN İŞTİRAKI İLƏ MƏKTƏBLİLƏRARASI - «FİBONACCİ» İNTELLEKTUAL YARIŞI
26 oktyabr 2019-cu il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində həyata keçirilən “Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş məktəblilərarası Fibonacci intellektual yarışı”nın 2-ci mövsümünə start verildi.
Layihə çərçivəsində keçirilən yarışın əsas məqsədi məktəb-şagird, şagird –müəllim və məktəblilərarası əlaqələrin möhkəmləndirilməsindən ibarətdir. Bundan əlavə şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz biliyini təhlil etmək, əməkdaşlıq etmək, başqalarını dinləmək və müxtəlif fikirlərə hörmət etmək bacarıqlarını aşılamaq layihənin məqsədləri sırasındadır.
Yarışda məktəbimizin komandası 3-cü yerə layiq görülmüşdür. Bu münasibətlə məktəbimizin komandasını təbrik edirik.