"Qarabağ- Azərbaycandır!"adlı inetellektual müsabiqənin məktəb mərhələsi

Paytaxtın ümumtəhsil məktəblərinin VIII-XI sinif şagirdləri arasında “Qarabağ Azərbaycandır!” adlı onlayn intellektual müsabiqə keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən təlimat verilib. Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib ki, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin tarixi, mədəniyyəti, coğrafiyası, tanınmış şəxsiyyətləri, tarixi abidələri barədə şagirdlərin məlumatlılıq səviyyəsinin artırılması müsabiqənin əsas hədəflərindən biridir. Qeyd edək ki, müsabiqənin əsas mövzuları Birinci Qarabağ müharibəsi, Aprel döyüşləri, Tovuz döyüşləri, İkinci Qarabağ müharibəsi, işğaldan azad olunmuş bölgələrin tarixi, mədəni irsi, coğrafiyası və Azərbaycanla bağlı ümumi dünyagörüşüdür. Müsabiqənin əsas məqsədi şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Vətən müharibəsində şəhid olanların xatirəsini ehtiramla yad etmək, Azərbaycan Ordusunun göstərdiyi şücaətə uşaq və gənclərin diqqətini cəlb etmək, habelə xüsusi istedada malik olan uşaqları üzə çıxarmaq, şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir. Bu gün – dekabr ayının 12-də 257 nömrəli tam orta məktəbdə  üç mərhələdən ibarət olan bu  müsabiqənin I mərhələsinə ( məktəbdaxili mərhələ) start verildi. Müsabiqə məktəbin VIII-XI sinifləri arasında onlayn formada keçirildi. Müsabiqədə iştirak edən şagirdlərdən  9c sinif şagirdi Əliyev Fərid Rafael oğlu verdiyi cavablara ,bilik səviyyəsi, dünyagörüşü, göstərilən mövzular üzrə geniş məliumata sahib olduğuna görə digər iştirakçılardan fərqlənərək 165 bal toplayaraq yarışın qalibi seçildi. Qeyd edək ki, ikinci mərhələ Bakı şəhərinin inzibati rayonları üzrə dekabrın 16-22-də təşkil olunacaq. Hər inzibati rayon üzrə ilk 3 yerin sahibi olan şagirdlər müsabiqənin dekabrın 23-30-da keçiriləcək final mərhələsində iştirak etmək hüququ qazanacaq. Müsabiqənin final mərhələsində Təşkilat Komitəsi tərəfindən ümumilikdə qalib kimi 9 şagird (2 nəfər I yer, 2 nəfər II yer, 2 nəfər III yer, 3 nəfər həvəsləndirici yer) müəyyənləşdiriləcək. Qaliblərə BŞTİ tərəfindən diplom və hədiyyələr təqdim olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi