Şagird tədqiqatlarının təşkili

25 fevral 2020-ci il tarixində məktəbin VIII sinif şagirdləri yaşadıqları yerin tarixi və coğrafiyası, flora və faunası, mədəni abidələri, dini ibadətgahları, adət-ənənələri, tanınmış şəxsiyyətləri ilə bağlı apardıqları tədqiqatların təqdimatını keçirmişlər. Şagirdlər böyük maraqla yuxarıda sadalanan mövzular üzrə araşdırmalar apararaq yaşadıqları ərazinin tarixi, adətləri, məşhur şəxsiyyətləri ilə bağlı maraqlı məlumatlar toplamışlar. Məktəbin adını daşıyan şəhid Ədalət Abbasov haqqında edilən təqdimat şagirdlərin daha çox diqqətini çəkmiş,onunla fəxr etdiklərini bildirmişlər. Təqdimatın sonunda şagirdlər belə araşdırmaların onların dünyagörüşünün formalaşmasında,daha çox məlumatlı olmaqlarında əvəzsiz rolu olduğunu qeyd etmişlər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi