"Tərəqqi" komandasının uğuru

    Oktyabrın 26-da Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə” qrant müsabiqəsi çərçivəsində 6 №li  məktəb-liseyin təşkilatçılığı ilə həyata keçirilən “Ümummilli lider Heydər Əliyevə həsr olunmuş məktəblilərarası “Fibonacci”  intellektual yarışı”nın 2-cü mövsümünün rəsmi açılış mərasimi və ilk oyunlar baş tutmuşdur.     Bu intellektual oyun şagirdlərə müstəqil düşünmək, sərbəst fikir söyləmək, öz təcrübəsini və biliyini təhlil etmək qabiliyyəti, özünü qiymətləndirmək, əməkdaşlıq etmək (komanda şəklində işləməyi bacarmaq, ümumi məqsədə çatmaq üçün işin bölüşdürülməsi),başqalarını dinləməyi, müxtəlif fikirlərə hörmət etməyi və dözümlü olmaq, öz fikirlərini arqumentlərlə izah və sübut etmək,kreativ təfəkkürün inkişafı,  sosial fəallıq,  birgə həll yollarını müəyyənləşdirmək və qərar çıxarmaq kimi fikirləri aşılayaraq onların arasında gələcək cəmiyyətlə bağlı sanki bir körpü yaratmış olur.     257 nömrəli məktəbin “Tərəqqi” komandası da İradə Seyidovanın rəhbərliyi ilə mütəmadi olaraq  bu yarışlarda iştirak edərək müxtəlif yerlərdə qalibiyyət əldə edirlər. Bu dəfəki yarışda isə komandamız 5-ci yerə layiq görülmüşdür. Şagirdlər tarix, Azərbaycan və dünya coğrafiyası, riyaziyyat, fizika, kimya, Azərbaycan və dünya ədəbiyyatı, biologiya və başqa fənlərdən bilik tələb edən əyləncəli, düşündürücü, mülahizə tələb edən suallara cavablar taparaq məktəbin adını 20 məktəb arasında yüksək yerlərə aparıb çıxara bilmişlər.     Ümid edirik ki, gələcək oyunlarda “Tərəqqi” komandası 257 nömrəli məktəbin adını qaliblər siyahısına da yazdıracaqdır. Şagirdlərimizə və İradə müəlliməyə  uğurlar diləyirik
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi