"Dəyirmi masa"

Məktəbin VII,VIII və IX sinif şagirdləri Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti, incəsənəti, dövlətçilik ənənələri, tarixi şəxsiyyətləri , milli-mənəvi dəyərləri, zəngin təbiətinin təbliği ilə bağlı dəyirmi masa təşkil edərək yuxarıda sadalanan bütün bu mövzular barədə müzakirələr aparılmış, hər kəs öz fikir və düşüncələrini söyləmişdir. Şagirdlərdən Fidan Allahverdiyeva, Fəridə Hacıyeva, Fatimə Allahverdiyeva seçdikləri mövzular ətrafında dəyirmi masa ətrafında toplaşanlarla debata qoşulmuş,maraqlı mülahizələr irəli sürmüşlər. Dəyirmi masa arxasında çox maraqla keçən bu müzakirə şagirdlərin yekdil fikri ilə nəticələnmişdir: “Tariximizi bilmədən onu nə qoruya, nə də  gələcək nəsillərə ötürə bilərik.Buna görə dövlətimizin var oluşu,milli-mənəvi dəyərlərimizin toxunulmazlığı üçün bütün məlumat və biliklərə dərindən yiyələnməli və onlara sahib çıxmalıyıq!”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi