Şagirdimizin yazı işi "Heydər Əliyev və Azərbaycan tarixi" kitabına daxil edilmişdir

    24 dekabr 2019-cu il tarixində "Heydər Əliyev və Azərbaycan tarixi" mövzusunda keçirilən məktəblilərin referat müsabiqəsində seçilmiş yazı işlərindən ibarət kitabın təqdimat mərasimi keçirildi.      Təqdimat mərasimində çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev paytaxt məktəbliləri arasında təşkil olunmuş referat müsabiqəsinin şagirdlərin tariximizə, tarixi şəxsiyyətlərimizə, milli-mənəvi dəyərlərimizə və müasir Azərbaycanın inkişaf yoluna diqqət və marağını artırmaq məqsədlərinə xidmət etdiyini bildirib.     Ulu öndər Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini söyləyən İdarə müdiri dahi liderin müdrikliyi, siyasi iradəsi, uzaqgörənliyi nəticəsində digər istiqamətlərdə olduğu kimi, təhsil sahəsində də böyük nailiyyətlər əldə olunduğunu diqqətə çatdırıb. Qeyd edib ki, paytaxtın ümumi təhsil müəssisələrini əhatə edən müsabiqə çərçivəsində çoxsaylı şagirdlər öz referatlarında ulu öndərə olan məhəbbətlərini yaradıcı şəkildə ifadə ediblər.     Elmi rəhbər tarix müəllimi Səbinə Məlikovanın rəhbərliyi ilə məktəbin 11-ci sinif şagirdi Aydan Məlikovanın hazırladığı "Müasir Azərbaycanda multikulturalizm" mövzusunda yazı işi müsabiqəsinin qalibi seçilərək kitaba daxil edilmişdir.     Bu münasibətlə şagirdimizi təbrik edirik.  
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi