MƏKTƏBDƏ FƏALİYYƏT GÖSTƏRƏN “KİÇİK AKADEMİYA” BARƏDƏ ÜMUMİ MƏLUMAT

Bakı şəhəri 257 nömrəli məktəbdə 02 noyabr 2018-ci il tarixində təbiət, fizika-riyaziyyat, texniki bölmələri üzrə məktəbin "Kiçik akademiyası" təşkil olundu. Akademiyaya rəhbərlik məktəbin biologiya müəllimi "Tərəqqi" və “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” mükafatçısı Seyidova İradəyə həvalə olundu. “Kiçik Akademiya”nın tərkibində ŞEC yaradıldı. MKA-nın bölmələrinə elmi rəhbərlik etmək üçün müəllimlər və bölmə rəhbərləri seçildi. Hər bir bölmə üzrə cavabdeh müəllimin rəhbərliyi ilə tədris ilinin birinci yarımili ərzində görüləcək işlərlə bağlı plan hazırlandı. Hazırlanmış planlar üzrə ŞEC üzvlərinə hazırlayacaqları məruzə, tezis, referat və layihələrin mövzuları təqdim edildi. Qeyd edək ki , hər ayın sonunda görülmüş işlərlə bağlı hesabatların təqdimatı keçirilir. ŞEC-ə 7-ci siniflər üzrə bir, 8-ci siniflər üzrə üç,9-cu siniflər üzrə yeddi,10-cu siniflər üzrə yeddi,11-ci sinflər üzrə dörd üzv seçilmişdir.Məktəb üzrə MKA-nın qarşısında qoyduğu məqsəd MKA-nın AMEA ilə əməkdaşlığını qurmaq,fənn aylıqları ilə bağlı məruzə ,tezis və referatlar hazırlamaq,fənn olimpiadalarına hazırlıqda şagirdlərə köməklik göstərmək,milli-mənəvi dəyərlərə bağlılıqla bağlı mütəmadi olaraq layihələr hazırlamaqdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi