Kiçik Akademiya

“Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilibNoyabrın 26-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində “Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib. Əvvəlcə mövzu ilə bağlı təşkil olunan müsabiqə çərçivəsində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Yaqut İslamova narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqqında şagirdlərə geniş məlumat verib. Sonda müsabiqədə iştirak edən şagirdlərə məktəb rəhbərliyi tərəfindən məktəbin diplomu təqdim edilib.

Ətraflı

Məktəbli həvəskar rəssamı tanıyaqMəktəbin 11 “C” sinif şagirdi Teymur Mürüdlü məşhur cizgi film personajlarının rəsmini böyük zövq və ustalıqla çəkir. Teymur artıq neçə ildir ki, rəssamlıqla məşğul olur. İstedadlı məktəbli əsasən cizgi filmi qəhrəmanlarını çəkir. Onda rəssamlıq sənətinə kiçik yaşlarından maraq yaranıb və rənkarlığın sirlərini özü öyrənib. Çəkdiyi rəsmlər arasında dünyaca məşhur cizgi filmlərinin qəhrəmanları yer alır. Fırça həvəskarı bir çox cizgi filmi qəhrəmanını tablolara köçürüb. Teymur gələcəkdə rəssamlıq istiqamətində təhsilini davam etdirmək istədiyini söyləyib. Teymur deyir ki, “Ümumiyyətlə, hər bir rəssamın, yaradıcı insanların fərdi yaradıcılıq yolu, özünəməxsus düşüncə tərzi olmalı və onlar öz istedadları, dünyanı dərketmə qabiliyyətləri ilə insanları düşündürməyi bacarmalıdırlar.

Ətraflı

“Aşıq Ələsgər və Azərbaycan folkloru” şeir müsabiqəsi təşkil olunubOktyabrın 18-də məktəbdə Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi, qüdrətli söz ustadı Aşıq Ələsgərin 200 illik yubileyi ilə əlaqədar “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda məktəbdaxili yuxarı sinif şagirdləri arasında şeir müsabiqəsi təşkil olunub. Müsabiqənin əsasnaməsinə əsasən, məzmuna uyğun jest və mimikalardan, səs tonundan, intonasiyadan məqsədyönlü istifadə edilməsi, nitqin aydınlığı, səlisliyi, ifadəliliyi və ifa üçün ayrılmış vaxta riayət edilməsi əsas meyarlardır.

Ətraflı

“Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir”İyunun 30-da məktəbin "Kiçik Akademiya"sının prezidenti, biologiya müəllimi İradə Axundova “Microsoft Teams” platforması üzərindən onlayn formatda məktəbin 9-11-ci sinif şagirdləriylə “Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir” mövzusunda maarifləndirici tədbir keçirib. İradə Axundova çıxışında bildirib ki, Azərbaycanın şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Bu kimi amilləri nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların tətbiqi günün tələbinə çevrilib. Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırılıb.

Ətraflı

"ÇİN OLAN ARZULAR" ADLI RƏSM İŞİ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜBHələ kiçik yaşlarından fırçasıyla möcüzələr yaradan məktəbin 11-ci sinif şagirdi Amin Əliyev dəfələrlə rəsm müsabiqələrində məktəbi uğurla təmsil edərək diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. İyunun 29-da gənc rəssamın "Çin olan arzular" adlı rəsm işi məktəbdə siniflərarası keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülüb. O, məktəbin fəxri fərmanı ilə təltif olunub. Amin Əliyev: “Birinci yerə layiq görülməyim məni çox sevindirdi. Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və Müzəffər Ali Baş Komandana həsr etmişəm”.

Ətraflı

ŞAHMAT TURNİRİNİN QALİBİ OLUBİyunun 25-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Füzuli Rayon Gənclər və İdman İdarəsi və “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçirilmiş Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədov və “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəmil Məmmədlinin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırılıb. Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə oğlanlar arasında 236 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Paşam Əlizadə I yeri tutduğuna görə Baş İdarə tərəfindən medal və xatirə diplomu ilə mükafatlandırılib.

Ətraflı

"HƏYAT BİLGİSİ" FƏNNİNDƏN AÇIQ HAVADA DƏRS KEÇİRİLİBİyunun 21-i “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin biologiya müəllimi İradə Axundova "Həyat bilgisi" fənnindən “Sınıqlar və çıxıqlar zamanı ilk yardım” mövzusunda əyani formada dərs aparıb. Dərs zamanı şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

“RƏQƏMSAL BACARIQLAR”DA LAYİHƏLƏR İCRA OLUNUBİyunun 21-i “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin riyaziyyat-informatika müəllimi Aynurə İsmayılzadənin rəhbərliyi ilə “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris etdiyi informatika fənni üzrə şagirdlər tərəfindən müxtəlif mövzulara aid bir sıra maraqlı layihələr icra olunub. Bu kimi layihələrin icrası şagirdlərdə alqoritmik düşüncə və məntiqin inkişafına, yeni texnologiya və rəqəmsal bacarıqları təcrübədə öyrənməyə, proqramlaşdırmanın sirlərinə bələd olmağa imkan yaradıb.

Ətraflı

“Şahmat beynin gimnastikasıdır” adlı şahmat birinciliyi keçirilibİyunun 21-i “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin fiziki tərbiyə müəllimi Şakir Quliyevin təşəbbüsü və təşkilatşılığı ilə ibtidai sinif şagirdləri arasında “Şahmat beynin gimnastikasıdır” adlı şahmat birinciliyi keçirilib. Sürətli şahmat qaydalarına uyğun keçirilən turnir 5 mərhələdən ibarət olub. Komandalar qarşılaşarkən kapitan rəqib kapitanla, ailə üzvü isə rəqib komandanın ailə üzvü ilə mübarizə aparıb. Hər bir üzvün qazandığı xalların cəmi komandanın xalı kimi hesablanıb və ən çox xal toplamış komandalar turnirin qalibi elan olunub.

Ətraflı

Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunubİyunun 21-də “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Xuraman Rəsulovanın təşəbbüsü və təşkilatçılığı ilə 4 "F" sinif şagirdlərinin Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin vaxtlarını maraqlı keçirməsini təmin etmək və “Yay məktəbi” müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi olub. Şagirdlər bağda olan ağac və kol bitkiləri ilə yaxından tanış olublar və onları maraqlandıran suallar bələdçi və müəllim tərəfindən cavablandırılıb. Daha sonra burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olublar. Şagirdlər füsünkar gözəlliyə malik olan bağla tanışlıqdan xoş təəssüratla ayrılıblar.

Ətraflı

Məntiq yarışı təşkil olunubİyunun 18-də “Yay məktəbi” layihəsi çərçivəsində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə məntiq yarışı keçirilib. İki turda keçirilən yarış zamanı şagirdlərə riyaziyyat və məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda istifadə olunan riyaziyyat üzrə sual və məntiqi test tapşırıqları verilib. Fərdi və qrup şəklində yarışan iştirakçılar müxtəlif mövzular üzrə sualları qısa zamanda cavablandırmaqla, hesablama və qavrama bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Sonda şagirdlərin zehni yorğunluğunu aradan qaldırmaq məqsədilə məntiqi təfəkkürü inkişaf etdirən, baza biliklərini möhkəmləndirən əyləncəli oyunlar təşkil olunub.

Ətraflı

"Məişət tullantılarının çeşidlənməsi və utilizasiyası" mövzusunda maarifləndirici söhbətlər aparılıbİyunun 18-də məktəbin biologiya müəllimi İradə Axundova “Microsoft Teams” platforması üzərindən onlayn formatda məktəbin 9-cu sinif şagirdləriylə "Məişət tullantılarının çeşidlənməsi və utilizasiyası" mövzusunda maarifləndirici söhbətlər aparıb. İradə Axundova tullantıların təkrar emalı və təkrar istifadəsi, ictimai sağlamlığın təmin edilməsi, ətraf mühitə mənfi təsirlərindən, tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkilərdən və aidiyyatı qurumların ətraf mühitin məişət tullantılarından qorunması və onların zərərinin azaldılması üçün müxtəlif layihələrin həyata keçirməsindən geniş söhbət açıb.

Ətraflı

"Nizami dünyası” adlı intellektual müsabiqədə iştirak edibİyunun 16-da məktəblilər arasında təşkil olunan "Nizami dünyası” adlı intellektual müsabiqənin II (rayon) mərhələsi keçirilib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, müsabiqə onlayn qaydada keçirilib. Müsabiqədə məktəbin 9 “Ç” sinif şagirdi Niyazi Salmanlı iştirak edib. Müsabiqənin məqsədi şagirdlərə Nizami Gəncəvi irsinin öyrədilməsi və tanıdılması, xüsusi istedada malik uşaqları üzə çıxarmaq və şagirdlərdə araşdırmaq, təhlil aparmaq bacarıqlarını inkişaf etdirməkdən ibarətdir.

Ətraflı

“Lütfi Zadə–100” adlı elmi tədbir keçiribİyunun 18-də “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin informatika müəllimi Nazilə Kərimova şagirdlərlə qeyri-səlis məntiq nəzəriyyəsinin banisi, Azərbaycan Milli Elmlər Akademiyasının fəxri üzvü, professor Lütfi Zadənin anadan olmasının 100 illiyinə həsr edilmiş elmi tədbir keçirib. Nazilə Kərimova çıxışında bildirib ki, Lütfi Zadə fundamental nəzəriyyələri ilə elm tarixində ciddi dəyişikliklərə yol açmış görkəmli şəxsiyyətlərdəndir. Alimin ardıcıl tədqiqatlarının nəticəsi olaraq irəli sürdüyü qeyri-səlis məntiq nəzəriyyəsi müxtəlif elm sahələrinin müasir mərhələdə inkişafında dərin iz qoymuş və yeni yanaşma üsulları meydana gətirib. Bu nəzəriyyə üstün intellektual texnologiyalara güclü təsir göstərmiş, müasir idarəetmə və informasiya-kommunikasiya sistemlərinin əsaslarının formalaşdırılmasında mühüm rol oynamışdır. Mövzu ilə əlaqədar şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı

“Yay məktəbi”nə start verilib.İyunun 16-dan 236 nömrəli tam orta məktəbdə “Yay məktəbi”nə start verilib. “Yay məktəbi” zamanı maarifləndirici tədbirlər, kino və sənədli filmlərin nümayişi, müxtəlif idman, bilik yarışları, rəsm müsabiqəsi, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyat nümunələrinin mütaliə və müzakirələrinin təşkili, “Tariximiz-irsimiz” mövzusunda diskussiya, Vətənimizin əsrarəngiz təbiəti ilə yaxından tanış olmaq və şagirdlərin ekoloji biliklərini artırmaq üçün müxtəlif gəzintilər praqramlaşdırılıb. İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Belə ki, “Yay məktəbi”ndə I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. Məqsəd şagirdlərin tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasına nail olmaqdır. “Yay məktəbi” şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.

Ətraflı

Şahmat turnirində I yeri tutubİyunun 11-də Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və “IDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş yeniyetmə və gənclər arasında şahmat üzrə rayon turniri keçirilib. Məktəbin 5 “H” sinif şagirdi Yusif Mustafazadə şahmat turnirində 12 yaşadək oğlanlar arasında I yeri tutduğuna görə birincilik diplomu, medalı və qiymətli hədiyyələrlə mükafatlandırılıb. Yusifi məktəb rəhbərliyi və kollektivi adından təbrik edir ona növbəti yeni uğurlar arzu edirik.

Ətraflı

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilibİyunun 11-də məktəbdə məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, təşkilatçılığı və məktəbin ibtidai sinif müəllimi Ofelya Məmmədovanın rəhbərlik etdiyi 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Məktəbin kitabxana müdiri Mətanət Salmanova çıxışında Nizami Gəncəvinin Azərbaycan fəlsəfəsi ənənəsinin ən böyük nümayəndələrindən biri olmasından, islam dünyasının ədəbi irsinə böyük töhfələr bəxş etməsindən söz açıb, Nazimi yaradıcılığındakı kamil insan axtarışından bəhs edib. O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Daha sonra şagirdlər Nizami Gəncəvi yaradıcılığından öyrəndikləri şeirləri və qəzəlləri təqdim ediblər.

Ətraflı

“Kiçik akademiya”ların iclası keçirilibİyunun 8-də Səbail rayon məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”ların rəhbər üzvlərinin növbəti iclası keçirilib. “Kiçik akademiya”nın rəhbərlərinin görülən işlərə dair hesabatları dinlənilib. 236 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın prezidenti İradə Axundovanın görülən işlərlə bağlı hesabatı qəbul edilərək qənaətbəxş hesab olunub. İradə Axundova çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıb. Onlayn keçirilən iclasda fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.

Ətraflı

“İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsinin qalibləri sırasında oldularDekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir 15 dekabr BMTnın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (UNEP) Yaradılması Günü ilə əlaqədar təşkil olunub. Təqdim olunan videovloqlar üzrə 1705 iştirakçı tərəfindən göndərilən 250 videovloq arasından 11-i münsiflər heyəti tərəfindən seçilib və hər yaş kateqoriyasında I, II, III yerlər üzrə qiymətləndirilməsi aparılıb. Müsabiqədə məktəbin 9 “F” sinif şagirdləri Əli Axundov, Maqsud Əmirxanov, Könül Əmirxanova və Solmaz Əmirxanova qaliblər sırasında yer alıb. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin ötən il təsis etdiyi “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunan “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin məqsədi yaradıcı insanların köməyi ilə geniş auditoriyanın diqqətinin təmiz texnologiyalara və alternativ enerji mənbələrinə keçidə cəlb edilməsi, Azərbaycan təbiətinə humanist rəftarın formalaşdırılması, ekoloji tərbiyə və mədəniyyətin aşılanmasıdır. COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar qaliblərin mükafatlandırma mərasimi onlayn formatda keçirilib.

Ətraflı

Rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olubAzərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı və "Ofisait" mağazalarının sponsorluğu ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş məktəblilər arasında “Azərbaycan Milli Mətbəxi” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib. 236 nömrəli tam orta məktəbin 2 “Ə” sinif şagirdi Aliyə Əliyeva “Qarabağın elat mətbəxi” mövzusu üzrə keçirilən rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olub. Aliyə mərkəzin baş direktoru Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub. Eyni zamanda ona "OFİSAİT" mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.

Ətraflı

Onlayn rəsm müsabiqə-sərgisi keçirilibAprelin 20-də məktəbdaxili şagirdlər arasında “Biz zəfər qazandıq!” adlı onlayn rəsm müsabiqə-sərgisi keçirilib. Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilib. Rəsm müsabiqə-sərgisinin məqsədi şagirdlərdə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarət olub. Onlayn rəsm müsabiqə-sərgisində iştirak edən şagirdlərin əl işlərini Sizlərə təqdim edirik.

Ətraflı

Məişət tullantılarınını idarə edilməsi ilə bağlı söhbət aparılıb236 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti, məktəbin biologiya müəllimi İradə Axundova məktəbin IX və XI sinif şagirdləriylə "Tullantılarının çeşidlənməsi və utilizasiyası" mövzusunda maarifləndirici söhbətlər aparıb. İradə Axundova tullantıların təkrar emalı və təkrar istifadəsi, ictimai sağlamlığın təmin edilməsi, ətraf mühitə mənfi təsirlərindən, tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkilərdən və aidiyyatı qurumların ətraf mühitin məişət tullantılarından qorunması və onların zərərinin azaldılması üçün müxtəlif layihələrin həyata keçirməsindən geniş söhbət açıb.

Ətraflı

Dərsdə tədrisyönümlü oyunlar keçirilib236 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının prezidenti, məktəbin biologiya müəllimi İradə Axundova 8 "F" sinfində biologiya fənnindən “Dayaq-hərəkət sistemi”, ”Qan-damar sistemi”, ”Sinir sistemi” mövzuları üzrə əyləncəli oyun şəklində dərs aparıb. Şagirdlər qruplara bölünüb. Qruplara kapitanlar rəhbərlik edib. Şagirdlər yaradıcı tapşırıqlar; oyun xarakterli - viktorina, krossvord və s.həll edib. İradə Axundova: "Oyun texnologiyalarından dərs zamanı istifadə şagirdlərin hamısının fəallaşmasına şərait yaradır. Zəif, utancaq, azdanışan uşaqlar belə oyun zamanı bacarıqlarını nümayiş etdirir, onların öz fikrini söyləmə, əməkdaşlıq etmə, özünün və yoldaşlarının fəaliyyətini təhlil etmə, şifahi nitq, oxuyub-anlama, dinləmə, fikrini düzgün ifadə etmə bacarıqları inkişaf edir. Beləliklə, oyun texnologiyaları tədris materialını əlçatan, maraqlı, obrazlı şəkildə öyrətməyə, biliklərin daha yaxşı mənimsənilməsinə kömək edir, şüurlu öyrənməyə maraq yaradır. Buna görə də şagirdlərin biliklərinin ümumiləşdirilməsi və sistemləşdirilməsi formalarından biri kimi müxtəlif tədrisyönümlü oyunlardan istifadə olunması həmişə müsbət nəticə verir."

Ətraflı

“Qələbəmiz-Qürurumuzdur!” müsabiqəsinin birincisi olub2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Zirə Mədəniyyət Mərkəzi (Eko-Parkda), YAP Xəzər Rayon Təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Qələbəmiz-Qürurumuzdur!” və “COVID-19 gənc rəssamların gözü ilə” mövzularında keçirilən rəsm sərgisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 236 nömrəli tam orta məktəbin 6 “G” sinif şagirdi Nuran Əhmədovanın rəsm müsabiqəsində sərgilədiyi “Xarı bülbülü oyatdıq” adlı rəsm əsəri peşəkar münsiflər heyəti tərəfindən bəyənilərək birinci yerə layiq görülüb. Mükafatlandırılma mərasimində gənc rəssam Nuran Əhmədovaya birinci yerə çıxdığına görə Xəzər Rayon İcra Hakimiyyəti və Zirə Gülçülük adından dəyərli hədiyyələr, Zirə Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər İdarəsi adından diplom təqdim olunub.

Ətraflı

"“Kiçik Akademiya” prezidentlərinə təlim"də iştirak edibTəhsildə inkişaf və innovasiyalar üzrə III qrant müsabiqəsinin qalibi olmuş ““Kiçik Akademiya” prezidentlərinə təlimlərin keçirilməsi” layihəsi çərçivəsində təşkil olunan 20 sentyabr-20 dekabr tarixindən başlayaraq hər gün 1 akademik saat olmaqla 3 gün davam edən təlimdə məktəbin sözügedən işə məsul əməkdaşı məktəbin biologiya müəllimi İradə Axundova iştirak edib. Təlim zamanı elmi-tədqiqat fəaliyyətinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkara çıxarılması və onların fəaliyyətinin stimullaşdırılmasında müsbət rolu olan “Kiçik Akademiya”lar barədə fikir mübadiləsi aparılıb, müzakirə olunan məsələlərə dair müvafiq tövsiyələr verilib. Təlimin keçirilməsində məqsəd “Kiçik Akademiya” rəhbərlərinin sistemli və səmərəli fəaliyyətini təmin etmək, onlar arasında qarşılıqlı fəaliyyət çərçivəsində sağlam rəqabət mühiti yaratmaqdan ibarət olub.

Ətraflı

“Kiçik Akademiya” haqqında ƏSASNAMƏI. Ümumi müddəalar 1.1. “Kiçik Akademiya” (bundan sonra KA) yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin üzvlüyü əsasında təhsil müəssisələrində yaradılan ictimai birlikdir. 1.2. KA-nın fəaliyyəti könüllülük, hüquq bərabərliyi və özünüidarə prinsipləri əsasında qurulur. 1.3. KA öz fəaliyyətində istedadlı uşaq və gənclərlə iş üzrə direktiv orqanların fərman və sərəncamlarını, Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin, Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq qərar, əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. 1.4. KA-nın fəaliyyəti bölmələr üzrə təşkil olunur. KA-nın tərkibində humanitar, təbiət, fizika-riyaziyyat, texniki, sosial-iqtisadi və s. elmi istiqamətlər üzrə bölmələr yaradıla bilər. 1.5. KA hüquqi şəxs statusuna malik deyildir, onun rəhbərinin müvafiq sənədlərdə imzası təşkil edildiyi səviyyədən asılı olaraq bu Əsasnamə ilə müəyyənləşdirilən orqanın möhürü ilə təsdiq edilir. 1.6. KA-nın öz loqotipi və üzərində bu loqotipin əksi olan blankı, habelə bayrağı ola bilər. II. KA-nın məqsəd və vəzifələri 2.1. KA-nın təşkilində əsas məqsəd yerli və respublika səviyyəsində istedadlı uşaq və gənclərlə aparılan işlərin tənzimlənməsinə, bu sahədə səmərəli fəaliyyət mexanizmi yaradılmasına köməklik göstərməkdən, şagirdlərdə tədqiqatçılıq qabiliyyətinin formalaşması ilə bağlı tədbirlərin sistemli həyata keçirilməsini təmin etməkdən ibarətdir. 2.2. KA-nın əsas vəzifələri aşağıdakılardır: 2.2.1 Elmi-tədqiqat fəaliyyətinə meyilli olan istedadlı şagirdləri vaxtında aşkara çıxarmaq, mövcud yaradıcılıq potensialları nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək. 2.2.2 Şagirdlərdə elmi yaradıcılığa maraq yaratmaq, onların tədqiqatçılıq bacarıqlarını inkişaf etdirmək. 2.2.3 Şagirdlərdə elmi dünyagörüş formalaşdırılması istiqamətində sistemli iş aparmaq. 2.2.4 Tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək. 2.2.5 Şagirdlərin elmi cəmiyyətlərdə, intellektual klub və dərnəklərdə təşkilatlanmasını təmin etmək. 2.2.6 Tədqiqatçılıq bacarığı ilə fəqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq. III. KA-nın üzvləri Könüllü olaraq ictimai birlikdə işləmək arzusunda olan və elmi-tədqiqat işlərinə meyli olan şagirdlər KA-nın üzvü ola bilərlər. IV. KA-nın üzvlərinin hüquq və vəzifələri 4.1. Elmi konfranslarda, olimpiadalarda və KA-nın digər tədbirlərində iştirak etmək. 4.2. KA-nın üzvlərinin vəzifələri: 4.2.1. Şagirdlər arasında elmi bilikləri təbliğ etmək 4.2.2. Seçdiyi fəaliyyət istiqamətində müstəqil olaraq biliklərini dəqiqləşdirmək. 4.2.3. Ünsiyyət və davranış qaydalarına riayət etmək. V. KA-nın strukturu və fəaliyyət istiqamətləri 5.1. KA məktəb, rayon (şəhər) və respublika səviyyəsində təşkil olunur. 5.2. Məktəb səviyyəsində yaradılan KA-nın (MKA) fəaliyyətinin tənzimlənməsi müəssisənin rəhbərliyi tərəfindən həyata keçirilir. 5.3. MKA-nın tərkibində şagird elmi cəmiyyəti (ŞEC) yaradılır və ŞEC MKA-nın strukturunda əsas qurum hesab edilir. 5.4. MKA-ya elmi rəhbərliyin təmin olunmasında müəllimlər, bölmə və dərnək rəhbərləri iştirak edirlər. 5.5. MKA çərçivəsində şagirdlər müəllimlərin rəhbərliyi ilə müəyyən edilmiş istiqamətlərdə sadə elmi araşdırmalar aparır, məruzə, tezis, referat və hesabatlar hazırlayırlar. Həmin işlər həm fərdi, həm də kollektiv şəkildə yerinə yetirilə bilər. 5.6. MKA çərçivəsində görülmüş işlərə konfrans və seminarlarda yekun vurulur. Bu tədbirlərdə uğurlu nəticələri ilə fərqlənən şagirdlərin rəğbətləndirilməsi üçün müvafiq işlər həyata keçirilir. 5.7. MKA görülmüş işlər barədə rayon (şəhər) KA-sına hesabat verir. 5.8. Rayon (şəhər) səviyyəsində nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi üçün KA (R(Ş) KA) ilə bərabər həm də elmi himayəçilik şurası (EHŞ) yaradılır. 5.9. R(Ş) KA-ya ümumi rəhbərlik yerli təhsili idarəetmə orqanı və elmi himayəçilik şurası tərəfindən həyata keçirilir. 5.10. R(Ş) KA-nın tərkibi şagirdlərdən, EHŞ-nin tərkibi isə müəllimlərdən, alim və mütəxəssislərdən ibarət formalaşdırılır. 5.11. R(Ş) KA-nın və EHŞ-nin fəaliyyəti, əsasən, aşağıdakı istiqamətlər üzrə qurulur: 5.11.1. Ümumrayon (ümumşəhər) bölmələrinin, seminar və konfransların, klub və lektoriyaların, yay təlim-istirahət düşərgələrinin təşkili. 5.11.2. Olimpiada, bilik yarışları, müsabiqə və toplantıların, səyyar mühazirə və seminarların keçirilməsi. 5.11.3. Nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi ilə əlaqədar müvafiq alim və mütəxəssislərin dəvət olunması. 5.11.4. Respublika və beynəlxalq miqyaslı tədbirlərdə iştirak üçün komandaların formalaşdırılması. 5.11.5. İşgüzar görüşlərin, təcrübə mübadilələrinin təşkili. 5.12. R(Ş) KA öz fəaliyyəti ilə respublika KA-sı (RKA) qarşısında cavabdehlik daşıyır və ona hesabat verir. 5.13. RKA-nın ümumi fəaliyyətinə rəhbərlik və nəzarət AMEA və Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. 5.14. RKA-nın funksiyalarında daxildir: 5.14.1. Yaradıcılığa, elmi- tədqiqat fəaliyyətinə meyil və maraq göstərən istedadlı uşaq və gənclərlə aparılan işlərin perspektiv istiqamətlərinin müəyyənləşdirilməsində yaxından iştirak etmək. 5.14.2. R(Ş) KA-ların fəaliyyətini tənzimləmək və nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində onlara elmi-metodik köməklik göstərmək. 5.14.3 Respublika səviyyəsində olimpiadalar, müsabiqə və yarışlar, elmi-təcrübi kofrans və seminarlar, “Dəyirmi masa”lar, görüşlər təşkil etmək. 5.14.4. Körkəmli alim və mütəxəssisləri istedadlı uşaq və gənclərlə işə cəlb etmək, xüsusi istedad və qabiliyyəti ilə fərqlənən şagirdlərin elmi himayəyə götürülməsinə nail olmaq. 5.14.5. İstedadlı uşaq və gənclərin beynəlxalq olimpiadalara və müsabiqələrə hazırlığını təmin etmək məqsədilə təşkilati tədbirlər həyata keçirmək. 5.14.6. İstedadlı uşaq və gənclərin seçilmiş elmi-tədqiqat işlərindən ibarət toplu və bukletlərin çapı ilə bağlı müvafiq tədbirlər görmək. VI. KA-nın təsis olunması 6.1. KA müvafiq surətdə məktəb, rayon (şəhər) və respublika səviyyəsində aidiyyəti üzrə keçirilən konfranslarda təsis olunur. 6.2. Məktəb konfransında öz arzularına görə elmi-tədqiqat fəaliyyətinə meyil və maraq göstərən IX-XI sinif şagirdləri, müəllimlər, məktəb rəhbərliyi, rayon (şəhər) konfransında məktəb, respublika konfransında isə rayon (şəhər) konfransında açıq səsvermə yolu ilə seçilən aidiyyəti nümayəndələr, habelə alim və mütəxəssislər iştirak edirlər. 6.3. Təsis konfransında KA-nın yaradılması elan olunur və onun tərkibi açıq səsvermə yolu ilə müəyyənləşdirilir. 6.4. KA təşkil edildiyi səviyyədən asılı olaraq məktəb pedaqoji şurasının, rayon təhsil şöbəsinin təhsil şurasının, Təhsil Nazirliyinin müvafiq qərarı ilə ləğv edilir. VII. KA-nın idarəetmə orqanları 7.1. KA-nın ali orqanı onun ilk iclasında seçilən Şura hesab olunur. 7.2. Şuranın tərkibinə KA-nın prezidenti, onun müavinləri (vitse-prezidentlər), bölmə rəhbərləri, habelə bölmələrə təhkim olunmuş elmi işçilər daxil edilir. 7.3. KA-nın Şurası: 7.3.1. KA-nın Prezidentini, onun müavinlərini (vitse-prezidentləri), bölmə rəhbərlərini seçir. 7.3.2. KA-nın əsas fəaliyyət istiqamətlərini müəyyənləşdirir, iş planlarını təsdiq edir. 7.3.3. Görülən işlər barədə bölmə rəhbərlərinin və KA-nın digər üzvlərinin hesabatını dinləyir. 7.3.4. Zəruri hallarda yeni bölmələrin yaradılması, habelə mövcud olanların ləğvi barədə məsələləri həll edir. 7.3.5. KA-ya üzvlük və üzvlükdən kənarlaşdırılma məsələlərinə baxır. 7.3.6. Şura iclasları rübdə bir dəfədən az olmayaraq keçirilir. Qərarlar sadə səs çoxluğu əsasında qəbul olunur.

Ətraflı

"Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclas keçirilib28 fevral 2019-cu il tarixdə 236 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın təsis edilməsi ilə bağlı ilk iclas keçirilib. İclasda məktəbin direktoru, təlim-tərbiyə işləri üzrə direktor muavinləri, metodbirləşmə rəhbərləri və fənn müəllimləri iştirak ediblər. 236 nömrəli tam orta məktəbin direktoru Xanlar İmaməliyev çıxış edərək Azərbaycan Respublikasının təhsil nazirinin 21.01.2008-ci il tarixli, 63 nömrəli əmri ilə təsdiq edilmiş "Kiçik Akademiya" haqqında əsasnamənin tələblərini müəllim heyətinin nəzərinə çatdırıb. Həmçinin “Kiçik Akademiya”nın məqsəd və vəzifələri, struktur və fəaliyyət istiqamətləri, təsis olunması və idarəetmə orqanları haqqında geniş məlumat verib. O, qeyd edib ki, “Kiçik Akademiya”nın yaradılması yaradıcı və tədqiqatçılıq bacarıqları olan müəllim və şagirdlərin fəaliyyətini situmullaşdıran vasitə olacaq, digər tərəfdən istedadlı şagirdlərin elmi dünyagörüşünün və öz potensialını artırmağa daha əlverişli şərait yaradacaq. Fənn müəllimləri də öz növbəsində məktəbdə “Kiçik Akademiya”nın yaradılmasının həm şagirdlərin böyük marağına səbəb olacağını, həm də müəllimlərin istedadlı şagirdlərlə iş birliyinin formalaşmasında böyük əhəmiyyəti olduğunu bildiriblər. Müzakirələrdən sonra "Kiçik Akademiya"nın şurası seçilib. Şuranın tərkibinə “Kiçik Akademiya” haqqında əsasnamənin 7.2- ci bəndinə uyğun olaraq "Kiçik Akademiya"nın prezidenti, onun muavinləri və bölmə rəhbərləri daxil edililərək şuranın adlı siyahıdan ibarət tərkibi elan olunub. Beləliklə, şuranın tərkibi sadə səsvermə yolu ilə aşağıdakı kimi təsis olunub. Məktəbin biologiya müəllimi İradə Axundova "Kiçik Akademiya"nın prezidenti, kimya müəllimi Mehparə Musayeva və tarix müəllimi Rövşanə İsmayılova vitse-prezidentlər seçilib. Riyaziyyat müəllimi Şəhla Novruzova riyaziyyat-iformatika üzrə, tarix müəllimi Rövşanə İsmayılova humanitar sahə üzrə, ingilis dili müəllimi Nurlanə Məlikova xarici dillər üzrə, fizika müəllimi Arzu Sadıqova təbiət fənləri üzrə, texnologiya müəllimi Bəyim Qarayeva və Nailə Fataxova texniki sahə üzrə, Azərbaycan dili müəllimi Sima İmaməliyeva bölmə rəhbərləri təyin olunub. Bundan sonra “Kiçik Akademiya”nın şurası əsas fəaliyyət istiqamətlərini müəyyən edərək iş planlarını müzakirə edib. Eyni zamanda bölmə rəhbərlərinə könüllü və istedadı ilə fərqlənən şagirdlərdən ibarət fəal üzvlərin cəlb olunması və bu istiqamətdə müvafiq lazimi tədbirlərin yerinə yetirilməsi tapşırılıb. 236 nömrəli tam orta məktəbdə "Kiçik Akademiya"nın yaradılmasında əsas məqsəd yaradıcılıq və elmi-tədqiqat işlərinə meyil və maraq göstərən, bu sahədə potensial imkanları ilə fərqlənən istedadlı şagirdlərin aşkarlanması, yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, məktəblilərin müasir tədqiqat metodlarına yiyələnməsi,"Kiçik Akademiya"ya üzv olan fəal şagirdlərin hədəf və məqsədlərinin reallaşdırılması istiqamətində peşəkar müəllimlərin köməyindən istifadə və eyni zamanda ali və orta təhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarətdir. 236 nömrəli tam orta məktəbin "Kiçik Akademiya"sının tərtib olunmuş loqosu məktəbin “Kiçik Akademiya” üzvlərinə təqdim olunub.

Ətraflı
HAQQIMIZDA

    Bakı şəhəri 236 nömrəli tam orta məktə...

BİZİM FƏXRLƏRİMİZ

Balabəy Ağayev ...

Altay Əlili Akif

HAQQIMIZDA

    Bakı şəhəri 236 nömrəli tam orta məktə...

BİZİM FƏXRLƏRİMİZ

Balabəy Ağayev ...

Altay Əlili Akif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi