“Yay məktəbi”nə start verilib.
İyunun 16-dan 236 nömrəli tam orta məktəbdə “Yay məktəbi”nə start verilib.
“Yay məktəbi” zamanı maarifləndirici tədbirlər, kino və sənədli filmlərin nümayişi, müxtəlif idman, bilik yarışları, rəsm müsabiqəsi, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil olan ədəbiyyat nümunələrinin mütaliə və müzakirələrinin təşkili, “Tariximiz-irsimiz” mövzusunda diskussiya, Vətənimizin əsrarəngiz təbiəti ilə yaxından tanış olmaq və şagirdlərin ekoloji biliklərini artırmaq üçün müxtəlif gəzintilər praqramlaşdırılıb.
İyunun 30-dək davam edəcək yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən edilib. Belə ki, “Yay məktəbi”ndə I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. Məqsəd şagirdlərin tətil dövründə asudə vaxtlarının səmərəli keçməsinə, məktəblilərə yay istirahəti dövründə keyfiyyətli təhsil imkanları yaratmaq, əyləncəli proqramlar təşkil etməklə, intellektual və sosial aktiv gənclərin-gələcəyin liderlərinin formalaşdırılmasına nail olmaqdır.
“Yay məktəbi” şagirdlər tərəfindən rəğbətlə qarşılanıb.