“Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir”
İyunun 30-da məktəbin "Kiçik Akademiya"sının prezidenti, biologiya müəllimi İradə Axundova “Microsoft Teams” platforması üzərindən onlayn formatda məktəbin 9-11-ci sinif şagirdləriylə “Su ehtiyatlarından səmərəli istifadə günün tələbidir” mövzusunda maarifləndirici tədbir keçirib.
İradə Axundova çıxışında bildirib ki, Azərbaycanın şirin su ehtiyatlarının azlığı, son illərdə müşahidə olunan qlobal iqlim dəyişikliyi və orta temperaturun yüksəlməsi, əsasən qonşu ölkələrdən daxil olan yerüstü su ehtiyatlarının, çaylarda sululuğun və yağıntıların xeyli azalması, digər tərəfdən, əhalinin sürətli artımı, həyat standartlarının yüksəlməsi, ölkə iqtisadiyyatının, o cümlədən kənd təsərrüfatının inkişafı, əkin sahələrinin, suvarma və içməli su təchizatı şəbəkələrinin genişləndirilməsi nəticəsində suya tələbatın artması respublikamızda su ehtiyatlarından səmərəli istifadəni zərurətə çevirib. Bu kimi amilləri nəzərə alaraq, su ehtiyatlarından səmərəli istifadə etmək üçün yeni texnologiyaların tətbiqi günün tələbinə çevrilib.
Tədbir mövzu ətrafında maraqlı diskussiyalarla davam edib, şagirdlərin sualları ətraflı cavablandırılıb.