Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunub

İyunun 21-də “Yay məktəbi” layihəsi çərçivəsində məktəbin ibtidai sinif müəllimi Xuraman Rəsulovanın təşəbbüsü və təşkilatçılığı ilə 4 "F" sinif şagirdlərinin Mərkəzi Nəbatat bağına ekskursiyası təşkil olunub. Ekskursiyanın təşkil edilməsində məqsəd şagirdlərin vaxtlarını maraqlı keçirməsini təmin etmək və “Yay məktəbi” müddətində onların bilik səviyyələrinin, dünyagörüşünün artırılmasına köməklik göstərilməsi olub. Şagirdlər bağda olan ağac və kol bitkiləri ilə yaxından tanış olublar və onları maraqlandıran suallar bələdçi və müəllim tərəfindən cavablandırılıb. Daha sonra burada adları “Qırmızı kitab”a düşmüş nadir flora və fauna nümunələri ilə tanış olublar. Şagirdlər füsünkar gözəlliyə malik olan bağla tanışlıqdan xoş təəssüratla ayrılıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi