Qasımov Rövşən Məmməd oğlu 06 iyun 1969-cu il Bakı şəhərində anadan olmuşdur. 1986-cı ildə Bakı şəhəri Suraxanı rayonu Bül-Bülə qəsəbəsindəki 208 nömrəli tam orta məktəbi əla və yaxşı qiymətlər ilə bitirmişdir. 1987-1989-cu illərdə Sovetlər birliyində əsgəri xidmət keçmişdir. 1990-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetin ibtidai hərbi hazırlıq və fiziki təlim fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1992-ci ilin mart ayı, 1993-cü ilin sentyabr aylarında Azərbaycan Respublikası Müdafiə və Təhsil Nazirliklərinin müvafiq əmrinə əsasən könüllü olaraq "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində çalışmışdır. Həmin illərdə Ağdərə, Füzuli, Ağdam, Goranboy rayonlarında döyüş əməliyatları keçmişdir. 1996-cı ilin sentyabr, 1999-cu ilin dekabr aylarında Goranboy rayon Naftalan şəhər “N” saylı hərbi hissənin bölük komandiri vəzifəsində çalşmışdır. Xidmət etdiyi hərbi hissə Gülüstan istiqamətində olmuşdur. 02 iyul-21 iyul 1997-ci il tarixlərdə Gülüstan kəndinin və qarşıda duran üç yüksəkliyin düşməndən azad olunması əməliyyatında iştirak etmişdir. Bu hərbi əməliyyata görə Müdafiə Nazirliyinin 1-ci Ordu Korpus komandirnin təqdimatına əsasən Fəxri Fərmana layiq görülmüşdür. 1998-ci il fevral ayının 2-dən 1998-ci il iyun ayının 25-nə qədər 3-cü dövr NATO Ölkələri Zabit heyyətinin Təkmilləşdirmə kursunu müvəffəqiyyətlə bitirərək diplom almışdır. İstanbul şəhərinin Hərb Okulunda, Tuzla şəhərinin Nisan okulunda, Ankara şəhərinin tanksavar okullarında təlimlər keçmişdir. 1999-cu il tarixində Müdafiə Nazirinin müvafiq əmrinə əsasən ehtiyata buraxılmışdır. Hal-hazırda ehtiyatda olan zabit və müharibə veteranıdır. 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərdə II Vətən müharibəsində fəal iştirak etmişdir. Çağırışçıların döyüş bölgəsinə çatdırılması, texnikaların müşayiət olunması, şəhidlərin gətirilməsi və dəfn olunması mərasimində, eyni zamanda II Fəxri Xiyabanda dəfn olunması məsləsi üzrə müvafiq komissiyanın üzvü seçilmişdir. II Vətən müharibəsində göstərdiyi xidmətlərə görə, 2020-ci il 12 noyabr və 2021-ci il 10 noyabr tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən, II Vətən müharibəsində fəal iştirakına görə Fəxri Fərmanla tətif olunmuşdur. Hal-hazırda ehtiyatda olan zabit və müharibə veteranıdır. 2001-ci ildən pedaqoji fəaliyyətə başlamışdır. 2001-2004-cü illərdə Suraxanı rayon 104 nömrəli tam orta məktəbdə, 2004-2014-cü il tarixlərdə Nəsimi rayon 151 nömrəli tam orta məktəbdə, 2008-2014 cü il tarixlərdə Nəsimi rayon 23 nömrəli tam orta məktəbdə, 2018-2021-ci illərdə Nizami rayonu 229 nömrəli tam orta məktəbdə hərbi rəhbər və fiziki tərbiyyə müəllimi kimi fəaliyyət göstərmişdir. 2004-2006-cı illərdə Nəsimi rayon təhsil şöbəsində ibtidai hərbi hazırlıq və fiziki tərbiyə fənni üzrə metodist işləmişdir. 2006-cı il dekabr ayından, 2016-cı il noyabr ayına qədər Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Nəsimi-Binəqədi rayonları üzrə tədris bölməsinin Gənclərin Çağırışaqədərki Hazırlığı və fiziki tərbiyə fənni üzrə metodist vəzifəsində çalışmışdır. 2009-2010-cu il tədris ilində Qaradağ rayonu 321 nömrəli tam orta məktəbdə direktor əvəzi vəzifəsində çalışmışdır. 2014-2015-ci tədris ilində Xətai rayonu 171 nömrəli tam orta məktəbdə, 2015-2017-ci tədris ilində Suraxanı rayonu 280 nömrəli tam orta məktəbdə direktor vəzifəsində, 2017-2018-ci tədris ilində Sabunçu rayonu 307 nömrəli tam orta məktəbdə, 2021-2022-ci tədris ilində Xəzər rayonu 322 nömrəli tam orta məktəbə direktor əvəzi vəzifələrində çalışmışdır. 2022-2024-cü tədris ilində Sabunçu rayon Akademik Xöşbəxt Yusifzadə adına 112 nömrəli məktəbdə direktor vəzifəsində çalışmışdır. 2017-ci il tarixdən Bakı şəhəri üzrə Təhsil İdarəsinin Təlimə Dəstək Mərkəzində fənn kurikulumlarının tətbiqinə nəzarət bölməsində ÇH və fiziki tərbiyə fənni üzrə metodist vəzifəsində çalışmışdır. 19.09.2024-cü il taixdən Bakı şəhəri Səbail rayonu 236 nömrəli tam orta məktəbdə direktor əvəzi vəzifəsində çalışmışdır. 26.06.1998-ci il 051 saylı hissənin 1-ci ordu korpus komandiri tərəfindən Azərbaycan Respublikasının Silahlı qüvvələrinin yaradılmasının 80 illik münasibəti ilə yüksək döyüş, siyasi ictimai hazırlıqlarına möhkəm hərbi intizamına və hərbi xitmətlərindəki nailiyyətlərinə görə Fəxri Fərmanla tərtif olunmuşdur. 2008-ci ildə İdman və Gənclər Nazirliyi tərəfindən gənclərlə apardığı vətənpərvərlik işlərindəki fəallığına görə Fəxri Fərmanla təltif olunmuşdur. 2023-cü ildə BŞTİ tərəfindən Vətən müharibəsində göstərdiyi şücaətə görə Fəxri Fərmanla təltif edilmişdir. 21.06.2016-cı ildə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin işçiləri Rəyasət hеyəti həmkarlar İttifaqı kоmitəsinin qərarı ilə "Qızıl qələm" media mükafatının laureatına layiq görülmüşdür. 25.04.2019-cu ildə Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi tərəfindən “Vətənpərvərlik işində xidmətlərinə görə” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 04.07.2011-ci il tarixli 1192 nömrəli əmri ilə təstiq edilmiş X-XI siniflərdə tədris olunan Gənclərin Çağırışaqədərki hazırlıq dərsliyinin müəllifidir. 2014-cü il tarixdən yenidən Gənclərin Çağırışaqədərki hazırlıq dərsliyinin müəllifi olmuşdur. 2008-ci ildə ümumtəhsil məktəblərində “Fiziki tərbiyənin inkişaf dinamikası” adı üzrə metodiki tövsiyyənin müəllifidir. 2019-2022-ci illərdə Elm və Təhsil Nazirliyinin müvafiq əmrinə əsasən partlamamış hərbi sursatlar və mina təhlükəsizliyi baxımından müəllim, şagird və tələbələrin maarifləndirilməsinə dair metodiki tövsiyyələrin müəllifidir. Təhsildə inkişaf və innovasiyalar üzrə 4-cü qrant müsabiqəsində “Hərbi Vətənpərvərlik tərbiyəsinin məqsədi və aşılanması” mövzusunda metodiki tövsiyyələr müəllifidir. 2021-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin çap etdirdiyi “Qazi müəllimlər” kitabının məsləhətçisidir. 2019-cu ildə III qrant müsabiqəsində ümumtəhsil müəssisələrinin rəhbər işçilərinə hərbi vətənpərvərlik mövzusunda mentorluq xidməti göstərmişdir. Eyni zamanda orta ümumtəhsil müəssisələrində hərbi vətənpərvərlik tərbiyəsinin inkişafı mövzusunda metodiki tövsiyyənin müəllifidir. 2004-cü ildən hal-hazırki vaxta qədər təhsil sahəsində (xüsusi ilə vətənpərvərlik sahəsində) yazılan məqalələrin müəllifidir. 2007-ci il tarixdən fənn kurikulumlarının tətbiqi üzrə işçi qrupunun üzvüdür. 2011-ci il tarixdən hal-hazırki vaxta qədər Çağırışaqədərki hazırlıq fənni üzrə yeni fənn kurikulumlarının məzmun standartlarının hazırlanmasının müəllifidir. 2007-ci ildən başlayaraq indiyə kimi müxtəlif fənnlər üzrə müəllimlərin işə qəbulu zamanı ixtisası üzrə müsahibə proseslərində və pedaqoji mühazirələrin dinlənilməsində iştirak etmişdir. 2007-ci ildən 2016-cı il tarixə qədər fənn kurikulumlarının tətbiqi sahəsində müxtəlif fənnlər üzrə Bakı şəhəri və bir çox bölgələrdə təlimçi kimi çalışmışdır. Rəhbərlik etdiyi məktəblərdə bir çox layihələr həyata keçirmişdir. Xüsusi ilə təmayülləşmə siniflərinin açılmasına və “Kiçik Akademiya”ların tərkibində yaradılmış “Sabahın alimləri” layihələrinin yaradılmasına və eyni zamanda ictimai əsaslarla 3-4 yaşlı uşaqların təhsilə cəlb olunması layihələrinin həyata keçirilməsinə, STEAM layihələri üzrə nümunəvi dərslərin, partlamamış sursatlar və mina təhlükəsizliyi mövzusunda nümunəvi dərslərin təşkilinə nail olmuşdur. Elm və Təhsil Nazirliyinin 09.04.2012-ci il tarixli 534 nömrəli əmrinə əsasən hərbi, fiziki hazırlıq və həyat fəaliyyətinin təhlükəsizlik bölməsi üzrə Elmi-Metodiki Şuranın üzvü seçilmişdir. 2015-ci il aprel-iyul aylarında Potensial Məktəb Direktorları kursunu müvəfəqiyyətlə bitirərək peşəkar inkişaf sertifikatları ilə təltif olunmuşdur. “İnkluziv sahədə fiziki tərbiyə və həyat fəaliyyətinin təhlükəsizliyinin təminatı” mövzusunda orta məktəblərdə istifadə olunan proqram və tövsiyyələrin müəllifidir və eyni zamanda bu sahədə mentorluq fəaliyyəti ilə məşğul olmuşdur. 2016-2017-ci tədris ilində 9-11-ci sinif şagirdəri arasında keçirilən “Sabahın alimləri” 6-cı Respublika Müsabiqəsinin “Təlim Akademiyası”nda iştirakına və rəhbərlik etdiyi 280 nömrəli tam orta məktəbdə “Təlim Akademiyası”nı yaratdığına görə sertifikat ilə təltif olunmuşdur. 10.05.2016-cı ildə Heydərçi Gənclər Komandası tərəfindən fəxri diplom və mükafat ilə təltif olunmuşdur. Ailəlidir, iki övladı var.
Əlaqəli xəbərlər
Pedaqoji Şuranın növəti iclası
Əlaqəli xəbərlər
Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
Əlaqəli xəbərlər
“Xocalısız 25 il” mövzusunda tədbirlər davam edir
Pedaqoji Şuranın növəti iclası
“Qanlı şənbə gecəsi”
Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəa...
© Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi