Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub

Aprelin 25-i Azərbaycan Respublikası Təhsil  Nazirliyi və Heydər Əliyev Mərkəzinin  razılığına əsasən məktəbin müəllimləri Şəhla Əhmədova, İradə Axundova, Aynurə İsmayılzadə və məktəbin bir qrup fəal şagirdlərinin iştirakı ilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub.

Mərkəzin əməkdaşları şagirdlərə Heydər Əliyev Mərkəzi barədə ətraflı məlumat verib.

Daha sonra şagirdlər ekskursiya zamanı Mərkəzdəki Heydər Əliyev Muzeyində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti barədə məlumat alıb, nümayiş etdirilən müxtəlif sərgilərlə tanış olublar.

Ekskursiyanın məqsədi Heydər Əliyev irsinin öyrədilməsi, yeni nəslin milli-mənəvi dəyərlərə və ənənələrə bağlı ruhda böyüməsi, Azərbaycan və dünya tarixi, mədəni və elmi-texniki tərəqqi barədə biliklərinin artırılması məqsədi daşıyıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi