“Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı ədəbi-bədii tədbir keçirilib

Mayın 6-da məktəbin akt zalında Azərbaycan dili və ədəbiyyatı müəllimi Aygün Vəliyeva və musiqi müəllimi Əfsanə Axverdiyevanın birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində “Suveren Azərbaycan Ulu Öndər Heydər Əliyevin şah əsəridir” adlı ədəbi-bədii tədbir keçirilib. Tədbir Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilib.
Tədbirdə məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Rövşən Qasımov bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi, Azərbaycanın dünya dövlətləri arasında öz layiqli yerini tutması, böyük nüfuza və beynəlxalq arenada söz sahibi olan güc mərkəzinə çevrilməsi Ulu Öndər Heydər Əliyev ideyalarının təntənəsidir.
Bayram tədbirində məktəblilər Ulu Öndər Heydər Əliyevə həsr olunmuş mahnılar, şeirlər səsləndirilib, rəqs nümunələri nümayiş etdiriblər.