“Heydər Əliyev-102” adlı təntənəli ədəbi-bədii tədbir keçirilib

Mayın 7-də məktəbin həyətində məktəbin ibtidai sinif müəllimləri Aynurə Cəlilova, Nəzakət Mansurova və ibtidai korpusun şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Heydər Əliyev-102” adlı təntənəli ədəbi-bədii tədbir keçirilib.

Məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlərin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Rövşən Qasımov Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın inkişafında və müstəqil dövlət kimi formalaşmasında əvəzsiz xidmətlərindən danışıb.

Şagirdlər Ulu Öndərin sevdiyi vətənpərvərlik ruhunda mahnılar ifa ediblər. Eyni zamanda, ibtidai sinif şagirdləri tərəfindən şeirlər səsləndirilib və rəqs kompozisiyaları nümayiş olunub.

Tədbirin keçirilməsində əsas məqsəd müasir, müstəqil Azərbaycanın memarı və qurucusu, dahi siyasi xadim Heydər Əliyevin dövlətçilik tariximizdəki misilsiz xidmətlərini bir daha xatırlatmaq, Ulu Öndərin zəngin irsini gənc nəsil arasında aşılamaq, təbliğ etməkdən ibarət olub.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi