HAQQIMIZDA

Bakı şəhəri 236 nömrəli tam orta məktəb 1966-cı ildən fəaliyyətə başlayıb. 2007-ci ildə şagird sayının çoxalması səbəbi ilə əlavə korpus tikilib. Məktəbin əsas binası 2010-cu ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Məktəbin hər iki korpusundakı foyesində ulu öndər Heydər Əliyevin, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycanın Birinci vitse-prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın təhsilə göstərdikləri qayğını əks etdirən fotostendləri qurulub. Burada, həmçinin birinci xanım Mehriban Əliyevanın məktəbin təmirdən sonra təhsil ocağında olduğu zaman çəkilən fotoları da var.

Məktəbin bütün otaqları, o cümlədən fizika, kimya, biologiya, informatika otaqları zəruri avadanlıqla təchiz edilib. Burada şagirdlərə ən yüksək səviyyədə təhsil vermək üçün hərtərəfli şərait var. 1520 şagird yerlik məktəbdə tədris ikinövbəlidir. Məktəbdə tədris Azərbaycan və rus dillərində aparılır. Hazırda məktəbdə 93 sinifdə 2953 şagird təhsil alır. Təhsil ocağında 190 nəfər çalışır ki, bunlardan 158-i müəllimdir. Müəllimlər arasında  "Əməkdar müəllim", "Tərəqqi medalı" və "Qabaqcıl Təhsil işçisi" döş nişanı ilə təltif olunmuş müəllimlər də fəaliyyət göstərir.

Məktəbin yeməkxanası da var ki, bu da şagirdlərin ixtiyarındadır. Təhsil ocağının akt zalı da müasir səviyyədə qurulub. Burada müxtəlif tədbirlər: konfranslar, seminarlar, dəyirmi masalar, işgüzar yığıncaqlar, iclaslar, konsertlər, məktəbin yaradıcı təşkilatının tədbirləri və digər müsabiqələr keçirilir.

Şagirdlər məktəbin zəngin kitabxanasından bəhrələnə bilir. Kitabxananın 5 minə yaxın bədii ədəbiyyat və 20 minədək dərslik fondu var.

Təhsil ocağının idman zalında voleybol, həndbol, futbol, gimnastika, tennis və idmanın digər növləri ilə məşğul olmaq üçün hər cür şərait yaradılıb.

Hər tədris ilində bir çox şagirdlər nüfuzlu beynəlxalq fənn olimpiadalarında, Respublika Fənn Olimpiadalarında, müsabiqələrində, o cümlədən yerli və beynəlxalq idman yarışlarında birincilik əldə edərək diplom və medallarla təltif edilir.

Adları məktəbin “Şərəf kitabı”na yazılan qızıl və gümüş nişana layiq görülən məzunların da sayı kifayət qədərdir. Hər tədris ilində məktəbi yüzlərlə şagird bitirir ki, onlardan da bir çoxu tələbə adını qazanaraq Azərbaycanın və xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrinə qəbul olunur. Əvvəlki tədris illərində ali təhsil müəssisələrinə qəbul olunan məktəbin məzunlarından bir çoxu Prezident təqaüdünə layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi