assembly

Xüsusi təyinatlı təhsil müəssisələrinə qəbulla bağlı görüş keçirilib


17.04.2024

Aprelin 17-də məktəbin akt zalında Milli Müdafiə Universitetinin nümayəndələrinin şagirdlərlə görüşü keçirilib. Görüşdə Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Nurulla Əliyev, məktəbin direktoru Xanlar İmaməliyev, məktəbin gənclərin çağırışaqədərki hazırlığı rəhbəri - 44 gün davam edən Vətən müharibəsinin iştirakçısı polkovnik-leytenant Eldəniz Niftiyev və məktəbin 9-11-ci sinif şagirdləri iştirak ediblər. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər bildiriblər ki,  Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 44 günlük Vətən müharibəsi zamanı tarixi Zəfərə imza atıb, torpaqlarımız işğaldan azad olunub, 30 illik həsrətə son qoyulub. Bu möhtəşəm Qələbə sonrakı zəfərlərə yol açıb. Bu il sentyabrın 19-da 24 saatadək davam edən antiterror tədbirləri nəticəsində Qarabağdakı qeyri-qanuni erməni silahlıları təslim olub, suverenliyimiz tam təmin olunub. Oktyabrın 15-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocavənd şəhərlərində, Əsgəran qəsəbəsində və Sərsəng su anbarının ərazisində üçrəngli bayrağımızı qaldırmaqla tariximizin ən şanlı səhifələrini yazıb.

Daha sonra Milli Müdafiə Universitetinin professoru, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik Nurulla Əliyev çıxışında bildirib ki, görüşün əsas məqsədi şagirdləri Azərbaycan Ordusunda həyata keçirilən yeniliklər, Müdafiə Nazirliyinin strukturuna daxil olan xüsusi təyinatlı ali məktəblərin fəaliyyəti ilə tanış etmək, gələcəkdə karyerasını zabit kimi davam etdirmək istəyən gənclərə dəstək olmaqdır. O, şagirdlər üçün xidmət növləri, imtiyazlar, Müdafiə Nazirliyi sisteminə daxil olan xüsusi təyinatlı ali məktəblərdəki ixtisaslar, müraciət qaydaları barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin hərbi məktəblər haqqında videoçarxlar izlənilib, şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Ətraflı
DƏRS CƏDVƏLİ

Seç

https://bakimektebleri.edu.az/236/az/schedule/

Cədvəli öyrənmək üçün oxuduğunuz sinfi və həftənin gününü seçin

Bayram günləri

9 May
Faşizm üzərində Qələbə Günü

28 May
Müstəqillik Günü

15 İyun
Milli Qurtuluş Günü

26 İyun
Silahlı Qüvvələri günü

18 Oktyabr
Müstəqilliyin Bərpası Günü

8 Noyabr
​8 Noyabr - Zəfər Günü

Bayramlar
Videoqalereya
video
Fotoqalereya
photo
ELEKTRON MÜRACİƏT
request
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi