“Heydər Əliyev və idman siyasəti” adlı təntənəli tədbir keçirilib

Mayın 8-də məktəbin ibtidai korpusunun həyətində məktəbin fiziki tərbiyə və şahmat müəllimi Şakir Quliyevin təşkilatçılığı, ibtidai sinif müəllimlərinin və şagirdlərinin iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Heydər Əliyev və idman siyasəti” adlı təntənəli tədbir keçirilib.
Məktəb rəhbərliyi, müəllim, şagird kollektivi və valideynlərin iştirak etdiyi tədbirin əvvəlində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr edilmiş idman festivalında şagirdlər arasında şahmat və “Şən startlar” əyləncəli idman oyunları keçirilib. Tədbirdə məktəbin direktoru Rövşən Qasımov çıxış edərək bildirib ki, “Ümummilli Lider Heydər Əliyevin uğurlu daxili və xarici siyasəti Prezident İlham Əliyevin rəhbərliyi ilə yüksək səviyyədə davam və inkişaf etdirilir. Bu gün Azərbaycan dünyanın qabaqcıl idman ölkələrindən birinə çevrilib. İdmana dövlət tərəfindən göstərilən böyük dəstəyin, bu sahədə dövlət proqramlarının icrasının beynəlxalq idman qurumları tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.
Tədbir məktəb şagirdlərinin təqdimatında bayram konserti proqramı ilə davam etdirilib.
Yarışların sonunda iştirakçılara diplom və medallar, qaliblərə isə xüsusi mükafatlar təqdim olunub.