“Ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici görüşü keçirilib

Mayın 6-da məktəbin akt zalında 8-11-ci sinif şagirdləri ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin “Ailə məsələləri” şöbəsinin müdiri Gülnarə Məmmədovanın “Ailə dəyərləri və ənənələr” mövzusunda maarifləndirici görüşü keçirilib.

Tədbirdə məktəbin rəhbər, müəllim heyəti, şagirdlər və valideynlər iştirak ediblər.

Gülnarə Məmmədova “Ailə nədir?”, “Ailə dəyərlərinin uşaqlara aşılanmasında valideyn və müəllimlərin rolu”, “Azərbaycan dövlətinin ailə siyasəti” mövzularının yer aldığı təqdimatla çıxış edib. Eyni zamanda görüşdə uşaqların internet təhlükəsizliyinin təmin olunması, internet resurslarının müsbət və mənfi cəhətləri haqqında, bu istiqamətdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə görülən işlər barəsində ətraflı məlumatlar şagirdlərin diqqətinə çatdırılıb.

Sonda şagirdlərin və valideynlərin sualları cavablandırılıb.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi