“Salam, doğma məktəbim” adlı tədbir keçirilib

Sentyabrın 15-də məktəbdə 2025-2026-cı dərs ilinin başlanması münasibəti ilə Bilik Gününə həsr olunmuş “Salam, doğma məktəbim” adlı tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Məktəbin direktoru Rövşən Qasımov təhsil ocağının ötən tədris ilindəki nailiyyətlərindən, yeni tədris ilində qarşıya qoyulan hədəflərdən və təhsil sahəsində aparılan islahatlardan söz açıb, müəllim və şagirdlərə uğurlar arzulayıb.

Qonaqların çıxışından sonra tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyanın nümayişi ilə davam edib.

Onu da qeyd edək ki, məktəbdə ilk dərslər “Konstitusiya və Suverenlik İli”nə həsr olunub.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi