"ÇİN OLAN ARZULAR" ADLI RƏSM İŞİ BİRİNCİ YERƏ LAYİQ GÖRÜLÜB

Hələ kiçik yaşlarından fırçasıyla möcüzələr yaradan məktəbin 11-ci sinif şagirdi Amin Əliyev dəfələrlə rəsm müsabiqələrində məktəbi uğurla təmsil edərək diplom, fəxri fərman və hədiyyələrlə mükafatlandırılıb. İyunun 29-da gənc rəssamın "Çin olan arzular" adlı rəsm işi məktəbdə siniflərarası keçirilən rəsm müsabiqəsində birinci yerə layiq görülüb. O, məktəbin fəxri fərmanı ilə təltif olunub. Amin Əliyev: “Birinci yerə layiq görülməyim məni çox sevindirdi. Mən qəhrəman xalqın nümayəndəsi olmağımla qürur duyuram və bu əsəri canından keçən şəhidlərimizə, qəhrəman qazilərimizə və Müzəffər Ali Baş Komandana həsr etmişəm”.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi