“Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib

Noyabrın 26-da məktəbin tərbiyə işləri üzrə direktor müavini Yaqut İslamovanın təşəbbüsü və təşkilatçılığı ilə məktəbin foyesində “Narkomaniya məktəblilərin gözü ilə” adlı rəsm sərgisi keçirilib. Əvvəlcə mövzu ilə bağlı təşkil olunan müsabiqə çərçivəsində şagirdlərin əl işlərindən ibarət rəsm sərgisinə baxış keçirilib. Yaqut İslamova narkomaniyanın törətdiyi fəsadlar, cəmiyyətə vurduğu zərər, insan talelərinə faciəvi təsirləri haqqında şagirdlərə geniş məlumat verib. Sonda müsabiqədə iştirak edən şagirdlərə məktəb rəhbərliyi tərəfindən məktəbin diplomu təqdim edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi