Rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olub

Azərbaycan Respublikasının Təhsil Nazirliyinin dəstəyi, Azərbaycan Milli Kulinariya Mərkəzinin təşkilatçılığı və "Ofisait" mağazalarının sponsorluğu ilə Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş məktəblilər arasında “Azərbaycan Milli Mətbəxi” mövzusunda rəsm müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. "Azərbaycanın Milli Mətbəxi" adlı rəsm müsabiqəsi əsasən “Qarabağın elat mətbəxi”, “İrəvan xanlığının elat mətbəxi”, “Azərbaycan Milli Kulinariya Mərkəzi”, “Azərbaycan Milli Mətbəxi - Azərbaycan Milli Kulinariya Assosiasiyası” adlı mövzuları əhatə edib. 236 nömrəli tam orta məktəbin 2 “Ə” sinif şagirdi Aliyə Əliyeva “Qarabağın elat mətbəxi” mövzusu üzrə keçirilən rəsm sərgi-müsabiqəsində 1-ci yerin qalibi olub. Aliyə mərkəzin baş direktoru Tahir Əmiraslanov tərəfindən diplomla təltif olunub. Eyni zamanda ona "OFİSAİT" mağazalar şəbəkəsi tərəfindən qiymətli hədiyyələr təqdim edilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi