"Məişət tullantılarının çeşidlənməsi və utilizasiyası" mövzusunda maarifləndirici söhbətlər aparılıb
İyunun 18-də məktəbin biologiya müəllimi İradə Axundova “Microsoft Teams” platforması üzərindən onlayn formatda məktəbin 9-cu sinif şagirdləriylə "Məişət tullantılarının çeşidlənməsi və utilizasiyası" mövzusunda maarifləndirici söhbətlər aparıb.
İradə Axundova tullantıların təkrar emalı və təkrar istifadəsi, ictimai sağlamlığın təmin edilməsi, ətraf mühitə mənfi təsirlərindən, tullantılar səbəbindən biomüxtəlifliyə vurulan zərər və itkilərdən və aidiyyatı qurumların ətraf mühitin məişət tullantılarından qorunması və onların zərərinin azaldılması üçün müxtəlif layihələrin həyata keçirməsindən geniş söhbət açıb.