Onlayn rəsm müsabiqə-sərgisi keçirilib
Aprelin 20-də məktəbdaxili şagirdlər arasında “Biz zəfər qazandıq!” adlı onlayn rəsm müsabiqə-sərgisi keçirilib.
Mövcud pandemiya şəraiti ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqə 3 yaş (6-9, 10-13, 14-17) qrupunda keçirilib.
Rəsm müsabiqə-sərgisinin məqsədi şagirdlərdə vətənə, torpağa məhəbbət hissinin artırılması və hərbi-vətənpərvərlik ruhunun təbliği, uşaq və gənclərin yaradıcılıq qabiliyyətlərinin inkişaf etdirilməsi və asudə vaxtlarının səmərəli təşkili, istedadlı şagirdlərin aşkar edilməsi, həmçinin Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın əziz xatirəsinin ehtiramla yad edilməsindən ibarət olub.
Onlayn rəsm müsabiqə-sərgisində iştirak edən şagirdlərin əl işlərini Sizlərə təqdim edirik.