“İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsinin qalibləri sırasında oldular

Dekabrın 15-də Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP), Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Təhsil Nazirliyi, Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM), “EkoSfera” SEM-in birgə təşkilatçılığı ilə “BMT-nin İqlim dəyişmələri üzrə Çərçivə konvensiyasına Azərbaycanın Dördüncü Milli Məlumatının hazırlanmasına texniki yardım” layihəsi çərçivəsində onlayn platformada “Su ehtiyatlarından səmərəli istifadə” mövzusunda vebinar, “İqlim dəyişmələri və əhalinin sağlamlığı” onlayn sosial vloq müsabiqəsi və “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin qaliblərinin mükafatlandırma mərasimi keçirilib. Tədbir 15 dekabr BMTnın Ətraf Mühitin Mühafizəsi Agentliyinin (UNEP) Yaradılması Günü ilə əlaqədar təşkil olunub. Təqdim olunan videovloqlar üzrə 1705 iştirakçı tərəfindən göndərilən 250 videovloq arasından 11-i münsiflər heyəti tərəfindən seçilib və hər yaş kateqoriyasında I, II, III yerlər üzrə qiymətləndirilməsi aparılıb. Müsabiqədə məktəbin 9 “F” sinif şagirdləri Əli Axundov, Maqsud Əmirxanov, Könül Əmirxanova və Solmaz Əmirxanova qaliblər sırasında yer alıb. Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin ötən il təsis etdiyi “Mavi Səma üçün Təmiz Hava” gününə həsr olunan “Mavi səma üçün təmiz hava” fotoşəkil müsabiqəsinin məqsədi yaradıcı insanların köməyi ilə geniş auditoriyanın diqqətinin təmiz texnologiyalara və alternativ enerji mənbələrinə keçidə cəlb edilməsi, Azərbaycan təbiətinə humanist rəftarın formalaşdırılması, ekoloji tərbiyə və mədəniyyətin aşılanmasıdır. COVID-19 pandemiyasının ölkəmizdə yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə elan edilmiş karantin rejimi ilə əlaqədar qaliblərin mükafatlandırma mərasimi onlayn formatda keçirilib.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi