Məntiq yarışı təşkil olunub

İyunun 18-də “Yay məktəbi” layihəsi çərçivəsində şagirdlərin məntiqi təfəkkürünün inkişaf etdirilməsi məqsədilə məntiq yarışı keçirilib. İki turda keçirilən yarış zamanı şagirdlərə riyaziyyat və məntiqi inkişafa əsaslanan təfəkkür, gündəlik həyatda istifadə olunan riyaziyyat üzrə sual və məntiqi test tapşırıqları verilib. Fərdi və qrup şəklində yarışan iştirakçılar müxtəlif mövzular üzrə sualları qısa zamanda cavablandırmaqla, hesablama və qavrama bacarıqlarını nümayiş etdirmək imkanı qazanıblar. Sonda şagirdlərin zehni yorğunluğunu aradan qaldırmaq məqsədilə məntiqi təfəkkürü inkişaf etdirən, baza biliklərini möhkəmləndirən əyləncəli oyunlar təşkil olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi