“Qələbəmiz-Qürurumuzdur!” müsabiqəsinin birincisi olub

2 Fevral-Azərbaycan Gəncləri Günü münasibətilə Xəzər Rayon İcra Hakimiyyəti, Zirə Mədəniyyət Mərkəzi (Eko-Parkda), YAP Xəzər Rayon Təşkilatı və Xəzər Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Zirə Mədəniyyət Mərkəzində “Qələbəmiz-Qürurumuzdur!” və “COVID-19 gənc rəssamların gözü ilə” mövzularında keçirilən rəsm sərgisinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. 236 nömrəli tam orta məktəbin 6 “G” sinif şagirdi Nuran Əhmədovanın rəsm müsabiqəsində sərgilədiyi “Xarı bülbülü oyatdıq” adlı rəsm əsəri peşəkar münsiflər heyəti tərəfindən bəyənilərək birinci yerə layiq görülüb. Mükafatlandırılma mərasimində gənc rəssam Nuran Əhmədovaya birinci yerə çıxdığına görə Xəzər Rayon İcra Hakimiyyəti və Zirə Gülçülük adından dəyərli hədiyyələr, Zirə Mədəniyyət Mərkəzi və Xəzər rayon Gənclər İdarəsi adından diplom təqdim olunub.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi