Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib

İyunun 11-də məktəbdə məktəbin kitabxana müdiri Mətanət Salmanovanın təşəbbüsü, təşkilatçılığı və məktəbin ibtidai sinif müəllimi Ofelya Məmmədovanın rəhbərlik etdiyi 4 “Ç” sinif şagirdlərinin iştirakı ilə dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr edilmiş ədəbi-bədii tədbir keçirilib. Məktəbin kitabxana müdiri Mətanət Salmanova çıxışında Nizami Gəncəvinin Azərbaycan fəlsəfəsi ənənəsinin ən böyük nümayəndələrindən biri olmasından, islam dünyasının ədəbi irsinə böyük töhfələr bəxş etməsindən söz açıb, Nazimi yaradıcılığındakı kamil insan axtarışından bəhs edib. O qeyd edib ki, Nizami Gəncəvi Azərbaycanı dünyaya tanıdan ən görkəmli şairimizdir. Bəşər bədii fikrinin nadir hadisəsi olan Nizami yaradıcılığı səkkiz əsrdən artıqdır ki, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmişdir. Daha sonra şagirdlər Nizami Gəncəvi yaradıcılığından öyrəndikləri şeirləri və qəzəlləri təqdim ediblər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi