“Kiçik akademiya”ların iclası keçirilib

İyunun 8-də Səbail rayon məktəblərində fəaliyyət göstərən “Kiçik akademiya”ların rəhbər üzvlərinin növbəti iclası keçirilib. “Kiçik akademiya”nın rəhbərlərinin görülən işlərə dair hesabatları dinlənilib. 236 nömrəli tam orta məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”nın prezidenti İradə Axundovanın görülən işlərlə bağlı hesabatı qəbul edilərək qənaətbəxş hesab olunub. İradə Axundova çıxışı zamanı “Kiçik akademiya”ların təşkilində əsas məqsədin yuxarı sinif şagirdlərinin elmi axtarışlara sövq edilməsi, onların müasir tədqiqat metodlarına yiyələnməsi, ali təhsil müəssisələri ilə ümumtəhsil müəssisələri arasında əlaqələrin genişləndirilməsindən ibarət olduğunu bildirib. Akademiyaların fəaliyyətinin və şagirdlərin layihələrinin tədqiqatyönümlü olmasının vacibliyini nəzərə çatdırıb. Onlayn keçirilən iclasda fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi