Kiçik Akademiya

"Abşeron memarlığı’ mövzusunda seminarMəktəbin Kiçik Akademiyasının İncəsənət bölməsi tərəfindən "Abşeron memarlığı’ mövzusunda seminar təşkil olundu. İncəsənət bölməsinin üzvləri Abşeron memarlığına aid rəsmlər çəkmiş və təqdimatlar hazırlamışdılar. Seminarda 6-a sinif şagirdi Muradlı Fatimə “Qız qalası”, 7-a sinif şagirdi Pənahova Solmaz ‘Sınıq qala məscidi’, 7-a sinif şagirdi Əliyeva Mədinə ‘Səbayıl qəsri’, 7-a sinif şagirdi Qasımova Nərmin ‘Nardaran qalası", 8-b sinif şagirdi Əlizadə Azər ‘Atəşgah məbədi’, 10-a sinif şagirdi Rəhimova Fəridə ‘Ramana qalası’, 10-a sinif şagirdi Abdurrəhimli Fatimə ‘Mərdəkan qalası’, 11-a sinif şagirdi Mirzəyeva Arzu ‘Şirvanşahlar sarayı’ 11-a sinif şagirdi Əliyeva Rəşadə ‘Qala abidəsi’ memarlıq abidələrini təsvirini yaratdılar və təsvir etdikləri memarlıq abidələri haqqında referat işlərini təqdim etdilər. Kiçik Akademiyanın İncəsənət bölməsinin seminarında məktəbin direktor müavini Xanımqız Qəniyeva, Kiçik Akademiyanın rəhbəri Samirə Əliyeva, məktəbin tarix müəllimi Şəhla Qəniyeva və İncəsənət bölməsinin rəhbəri Nərmin Əlizadə iştirak etdilər.

Ətraflı

Qala Etnoqrafiq Qoruğuna ekskursiya.Məktəbin tədbirlər planına əsasən “Dəyərlərimizi qoruyaq” layihəsi ilə bağlı direktor müavini Xanımqız Qəniyeva və Kiçik Akademiyasının nümayəndəsi Əlizadə Nərmin 6 b sinif şagirdləri ilə Qala Etnoqrafiq Qoruğuna ekskursiya getmişlər. Ekskursiya zamanı şagirdlərə ən qədim yaşayış məskəni olan Qala kəndi və 2008-ci ildə Heydər Əliyev fondu tərəfindən Qala Tarix Etnoqrafiya qoruğunun ərazisində açıq səma altında yaradılan Qala Arxeoloji Etnoqrafik Muzey kompleksi haqqında məlumat verildi. Şagirdlər burada 200-dən çox arxeoloji və memarlıq abidələri-qədim kurqanlar, yaşayış məskənləri, xalçaçılıq, duluşçuluq, antik əşyalarla tanış oldular.

Ətraflı

“Abşeron memarlığı” barədə müzakirə2022-2023 cü il Kiçik Akademiyanın fəaliyyət planına əsasən Kiçik Akademiyanın İncəsənət bölməsinin üzvləri ilə növbəti görüş keçirildi. İncəsənət bölməsinin rəhbəri Əlizadə Nərmin və üzvləri qarşıda duran işlərlə yaxından tanış oldular. Müəllim və şagirdlər arasında mövzu olaraq seçilmiş “Abşeron memarlığı” barədə müzakirələr aparıldı, qeydlər və əlavələr olundu, üzvlərə son mərhələyə keçid üçün tövsiyyələr verildi.

Ətraflı

“Xocalı fəryadı” adlı dəyirmi masaMəktəbin tədbirlər planına əsasən Kiçik Akademiyanın üzvləri olan şagirdlər “Xocalı fəryadı” adlı dəyirmi masa keçirtdilər. Dəyirmi masada Xocalıya aid şeirlər söylədilər, təqdimatlarla çıxış etməklə yanaşı, filimlərdə nümayiş etdirildi.

Ətraflı

Bayrağımız qürur mənbəyimizdirMəktəbin tədbirlər planına uyğun olaraq 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız qürur mənbəyimizdir” adlı rəsm sərgisi təşkil edildi. 5-9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilmiş sərgidə təsviri incəsənət müəllimi Əlizadə Nərmin Murad qızı rəsmlərin çəkilməsində şagirdlərə köməklik göstərdi. Şagirdlər çəkdikləri rəsmlərdə dövlətimizin bütövlük, müstəqillik, ucalıq rəmzi olan bayrağımızı müxtəlif cür əks etdirmişlər. Tədbirin keçirilməsində məqsəd bayrağımıza olan sevgini artırmaq və şagirdlərdə vətənpərvərlik hissini möhkəmləndirməkdir.

Ətraflı

Rəsm müsabiqəsi keçirildiMəktəbin tədbirlər planına uyğun olaraq 8 Noyabr Zəfər Gününə həsr olunmuş rəsm müsabiqəsi keçirildi. Müsabiqədə 5-9-cu sinif şagirdləri iştirak etdilər. Təsviri incəsənət müəllimi Əlizadə Nərmin Murad qızının təşkilatçılığı ilə keçirilmiş müsabiqədə şagirdlər böyük həvəslə iştirak edərək zəfərimizi özündə əks etdirən rəsmlər çəkdilər. Müsabiqənin keçirilməsində əsas məqsəd tarixi qələbəmizi uşaqların gözü ilə görmək və onlarda vətənpərvərlik ruhunu formalaşdırmaqdır.

Ətraflı

Təşəkkürnamə ilə təltif edildiBakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən keçirilən "Mənim gündəliyim" oxu və yaradıcılıq müsabiqəsində məktəbimizin 11-A sinif şagirdi Əliyeva Rəşadə Rövşəd qızı fərqlənərək təşəkkürnamə ilə təltif olunub. Bu münasibətlə şagirdimizi təbrik edir, ona dərslərində uğurlar arzulayırıq.

Ətraflı

Şəhid ailəsi ziyarət edildi“Unutsaq unudularıq” layihəsi davam etməkdədir. Layihə çərçivəsində sinif otağına adı verilmiş Vətən müharibəsi şəhidi Əliyev İbrahim Nəcəfqulu oğlu doğum günündə yad edildi. Sinif rəhbəri Samirə Əliyevanın təşkilatçılığı ilə məktəbin 11-A sinif şagirdləri şəhidin ailəsini ziyarət etdilər və Şuşa istiqamətində gedən döyüşlər zamanı şəhadətə ucalmış şəhidimizin keçdiyi döyüş yolu barədə məlumatlar əldə etdilər.

Ətraflı

Müstəqil Azərbaycanın qurucusuXalqımızın Ümummilli Lideri  Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü münasibətilə ''Müstəqil Azərbaycanın qurucusu'' mövzusunda tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Müstəqil  Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin həyatı və uğurlu siyasi  fəaliyyəti barədə təqdimatlarla çıxış etdilər. Təqdimatlar məktəb rəhbərliyi tərəfindən dinlənilərək  qiymətləndirildi.

Ətraflı

Mədəniyyətin beşiyi - Qarabağ memarlığıMəktəbin Kiçik Akademiyasının İncəsənət bölməsi tərəfindən "Mədəniyyətin beşiyi - Qarabağ memarlığı" mövzusunda seminar təşkil olundu. İncəsənət bölməsinin üzvləri "Şuşa ili" ilə əlaqədar olaraq "Qarabağ memarlığ"ı mövzusuna müraciət etmişlər. Bölmə üzvləri Qarabağ memarlığına aid rəsmlər çəkmiş və təqdimatlar hazırlamışdılar. Seminarda  5-a sinif şagirdi İskəndərova Rüqəyya "Qutlu Musa Türbəsi", 6-a sinif şagirdi Rəcəbov Cabir "Molla Pənah Vaqif məqbərəsi", 7-b sinif şagirdi Əlizadə Azər "Şahbulaq qalası", 9-a sinif şagirdi Rəhimova Fəridə "Şuşa qapıları", 9-a sinif şagirdi Abdurəhimli Fatimə "Gövhər Ağa məscidi", 10-a sinif şagirdi Mirzəyeva Arzu "Laləzar körpüsü", 10-a sinif şagirdi Əliyeva Rəşadə "Xan qızı Natəvan sarayı" memarlıq  abidələrini təsvir etmişlər. Şagirdlərimiz təsvir etdikləri memarlıq abidələri barədə referat işlərini təqdim etdilər. Kiçik  Akademiyanın seminarında  məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Ələsgərova Ülviyyə,  Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə və İncəsənət bölməsinin rəhbəri Əlizadə Nərmin iştirak etdilər.

Ətraflı

Kiçik Akademiyanın seminarı"Kiçik Akademiya''nın Humanitar fənlər bölməsi üzrə növbəti seminarı keçirildi. Seminarda şagirdlər hazırladıqları referatlar və  təqdimatlarla çıxış etdilər.10-a sinif şagirdi Əliyeva Leyli Zaur qızı ''Teymur imperatorluğunun yaranması" mövzusunda təqdimatla çıxış etdi. 8-a sinif şagirdləri isə öz təqdimatlarını 44 günlük Vətən müharibəsinin şəhidlərinə həsr emişlər. Şagirdlərimiz Şəhid Abbasov Ayaz Nizami oğlunun, Şəhid Heybətov Ağaəmi Elçin oğlunun, Şəhid İsmayılzadə Vüsal Əlibəndə oğlunun və digər şəhidlərimizin həyat yolu və qəhrəmanlıqları barədə təqdimatla çıxışlar etdilər. "Kiçik Akademiya"nın rəhbəri Samirə Əliyeva və tarix müəllimi Lamiyə Əliyeva seminarda iştirak edərək, şagirdlərə tövsiyələrini bildirdilər.

Ətraflı

Ruhumun ünvanı ŞuşaAzərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi və Gənclərin Respublika Bədii Yaradıcılıq Evinin təşkilatçılığı ilə ''Ruhumun ünvanı Şuşa'' adlı respublika rəsm müsabiqəsi keçirilmişdir. Məktəbimizin 10-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı müsabiqədə fəal iştirakına görə Sertifikatla təltif edilmişdir. Şagirdimizi təbrik edirik və ona yaradıcılıq uğurları arzulayırıq.

Ətraflı

İrəvan Müəllimlər SeminariyasıBakı Şəhəri üzrə Təhsil İdarəsinin təlimatına uyğun olaraq İrəvan Müəllimlər Seminariyasının 140 illiyinin qeyd ediməsi ilə əlaqədar Kiçik Akademiyanın üzvləri məlumatlar toplayaraq təqdimatlarla çıxış etdilər. Tarix müəllimi Əliyeva Lamiə İrəvan Müəllimlər Seminariyasının yaranmasının tarixi və onun fəaliyyəti barədə məlumat verdi. Mövzu ilə əlaqədar şagirdlərin hazırladıqları təqdimatlar müzakirə edildi. Tədbirdə məktəb rəhbərliyi də iştirak edərək tədbirə dair müsbət fikirlərini bildirdi.

Ətraflı

Şagirdimiz sertifikatla təltif edildiBakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubileyi münasibəti ilə gənc kulinarların IV ümumrespublika festivalı keçirilmişdir. Festivalda “Azərbaycan mətbəxi” adlı rəsm müsabiqəsi təşkil edilmişdir. Məktəbin “Kiçik Akademiya”sının incəsənət bölməsinin üzvü - 10-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı çəkdiyi rəsmi ilə müsabiqədə iştirak etmişdir.  Təsviri incəsənət müəllimi Nərmin Əlizadənin tövsiyəsi ilə şagirdimiz rəsmdə Azərbaycan mətbəxini sürrealistik üslubda təsvir etmişdir. İstedadlı şagirdimiz Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanov tərəfindən sertifikatla təltif edilmişdir. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdimizi təbrik edərək, ona uğurlar arzulamışdır.

Ətraflı

Kiçik Akademiyanın seminarlarıMəktəbin “Kiçik Akademiya” sının bölmələr üzrə seminarlarına start verilmişdir. Humanitar fənlər bölməsi üzrə keçirilən seminarda şagirdlərin mövzular üzrə hazırladıqları referatlar dinlənildi və onların təqdimatları nümayiş olundu. 9-b sinif şagirdi Əlizadə Leyla Seyfəl qızının  “Uzun Həsən”, 10-a sinif şagirdi Əliyeva Leyli Zaur qızının “Ağabəyim Ağa Ağabacı” mövzusunda hazırladıqları təqdimatlar xüsusilə  fərqləndi. “Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva və tarix müəllimi Lamiə Əliyeva təqdimatların hazırlanmasında şagirdlərə öz tövsiyələrini bildirmişlər. Seminarda məktəbin direktoru Mirnağı Nəzərli  iştirak edərək şagirdlərin çıxışlarını dinlədi və öz münasibətini bildirərək onlara uğurlar arzuladı.

Ətraflı

Əbədi yaşayan Ümummilli LiderMüstəqil Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin ''Anım Günü'' münasibətilə ''Əbədi yaşayan Ümummilli Lider'' adlı tədbir keçirilmişdir. Tədbirdə şagirdlər Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr edilmiş şeirlər söyləmişlər. Sonra isə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti barədə sənədli videoçarx nümayiş olunmuşdur. Tədbirdə məktəb rəhbərliyi və müəllimlər iştirak etmişdir.

Ətraflı

Xarıbülbül qoxulu Zəfər günüXalqımızın tarixində torpaqlarımızın işğaldan azad edilməsi və Zəfər Günü müstəsna əhəmiyyət kəsb edir. Məktəbin fəaliyyət planına müvafiq olaraq Zəfər Gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər günü" adlı əhatəli tədbir keçirilmişdir. Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Hərbi Səfərbərlik idarəsinin kapitanı Ceyhun Məmmədov, 322 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov , 120 nömrəli tam orta məktəbin direktoru İsalı Kamran, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər iştirak etdilər. Tədbir məktəbin həyətində şagirdlərin bədii kompozisiyası, sinif otaqlarının adını daşıyan şəhidlərin portretləri və Dövlət bayrağımızın nümayişi ilə başladı. İstedadlı şagirdlərimiz avtomatın sökülüb-yığılmasını və əleyhqazdan düzgün istifadəni nümayiş etdirdilər. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi.Tədbirdə Dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Vətən müharibəsi şəhidlərinə həsr olunmuş səhnəciklər göstərdilər, qələbəmizi tərənnüm edən şeirlər söylədilər və musiqilər səsləndirdilər Tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək müzəffər ordumuzun qəhrəmanlığından və qələbəmizin tarixi əhəmiyyətindən danışdı. Həmçinin tədbirin hazırlanmasına görə Azərbaycan dili və ədəbiyyat müəllimləri Samirə Əliyevaya, Aytən Məmmədovaya və şagirdlərimizə təşəkkürünü bildirdi. Tədbirdə qonaqlar, şəhid ailələri və qazilər çıxış etdilər. Tədbirin sonunda Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev şagirdlərdə vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə formalaşdırdığına görə məktəbin direktoru Mirnağı Nəzərlini fəxri fərmanla, Çagırışaqədərki hazırlıq üzrə rəhbər Sücəddin Haqverdiyevi və bir sıra şagirdlərimizi isə təşəkkürnamə ilə təltif etdi.

Ətraflı

Zəfər tariximiz mövzusunda rəsm müsabiqəsi8 noyabr Zəfər Günü ilə əlaqədar hazırlanmış Rəsm müsabiqəsində şagirdlərimiz fəal iştirak etdilər. Münsiflər heyəti tərəfindən rəsm müsabiqəsinə baxış keçirildi. 10 ən yaxşı rəsm qaliblər sırasına daxil edildi.Şagirdlər böyük həvəslə Zəfər Gününə aid rəsmləri çəkərək nümayiş etdirdilər. Məktəb rəhbərliyi rəsm müsabiqəsinin qaliblərinə təşəkkür elan etdi.

Ətraflı

Şəhidlərimizin xatirəsi yad edildiBu gün adı məktəbimizə verilərək əbədiləşmiş şəhid Hatəm İskəndərovun 50 illik yubileyi münasibəti ilə tədbir keçirilmişdir. İlk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmiş və bütün şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir. Şəhid Hatəm İskəndərovun anası Xanım İskəndərova və İkinci  Qarabağ müharibəsində şəhid olmuş Buzovnanın ilk şəhidlərindən olan Vüsal İsmayılzadənin anası Lalə İsmayılova da dəvətimizi qəbul edərək tədbirdə iştirak etmişlər. Tədbirdə şagirdlərimiz tərəfindən hər iki şəhidimizin keçdiyi həyat yolu haqqında məlumatlar, şeirlər səsləndirilmiş və səhnəciklər göstərilmişdir. Tədbirin sonunda  məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək Vətən müharibəsində müzəffər ordumuzun döyüş yolu və şəhidlərimizin qəhrəmanlığı barədə məlumat verdi, həmçinin tədbirdə iştirak etdiklərinə görə şəhid analarına öz təşəkkürünü bildirdi. Sonda məktəbimizin 10-cu sinif şagirdi Əliyeva Rəşadə Rövşəd qızının çəkdiyi hər iki şəhidimizin portretləri onların ailələrinə təqdim edildi. Tədbirin hazırlanmasına Azərbaycan dili metodbirləşməsi, Məmmədova Aytən və Əliyeva Samirə köməklik gösrərmişdir.

Ətraflı

Vətən müharibəsi şəhidləri yad edildiTədbirlər planına uyğun olaraq 27 Sentyabr Anım Günü ilə əlaqədar olaraq məktəbimizin müəllim və şagirdləri Buzovna şəhidlərinin məzarlarını ziyarət etdilər. Məktəbin Çağırışaqədərki hazırlıq üzrə rəhbəri Haqverdiyev Sücəddin 44 günlük Vətən müharibəsində rəşadətli ordumuzun keçdiyi döyüş yolu haqqında məlumatlar verdi. Daha sonra müəllim və şagirdlərimiz II Fəxri Xiyabanda dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun və digər şəhidlərimizin məzarlarını ziyarət edərək ehtiramlarını bildirdilər.

Ətraflı

Kiçik Akademiyanın hesabatıMəktəbin “Kiçik Akademiya”sı 2020-2021-ci tədris ilinin hesabatını təqdim etdi. Hesabat xarakterli tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, “Kiçik Akademiya”nın prezidenti Samirə Əliyeva, “Kiçik Akademiya”nın üzvü olan şagirdlər iştirak etdilər. “Kiçik Akademiya”nın prezidenti Samirə Əliyeva çıxış edərək 2020-2021-ci tədris ilində fəaliyyət planının yerinə yetirilməsi barədə hesabat verdi. Məktəbin direktoru Mirnağı Nəzərli “Kiçik Akademiya”nın səmərəli fəaliyyəti barədə danışdı və öz tövsiyələrini bildirdi. Sonra isə “Kiçik Akademiya”nın humanitar və incəsənət bölməsinin fərqlənən üzvləri məktəb rəhbərliyi tərəfindən diplomlarla təltif olundular.

Ətraflı

Rəsm müsabiqəsinin qalibləriAzərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kulinariya Mərkəzi tərəfindən məktəblilər arasında ''Azərbaycan Milli Mətbəxi'' adlı rəsm müsabiqəsi keçirilmişdir. Azərbaycan Kulinariya Mərkəzinin 30 illiyinə həsr olunmuş bu müsabiqədə məktəbin 9-a sinif şagirdləri Əlizadə Yeganə Ceyhun qızı III yerə layiq görüldüyünə, Mirzəyeva Arzu İlqar qızı isə fərqləndiyinə görə diplomla təltif olunmuşdur. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdlərimizi təbrik edir, onlara uğurlar arzu edir.

Ətraflı

Kiçik Akademiyanın tədbiriMəktəbin “Kiçik Akademiya”sının “Nizami Gəncəvi - bəşəriyyətin bədii fikir tarixində yeni səhifə açmış dahi mütəffəkirdir” adlı onlayn tədbiri  keçirildi. Kiçik Akademiyanın rəhbəri Samirə Əliyeva tədbir barədə məlumat verdi. Humanitar bölmənin üzvləri olan şagirdlər “Nizami Gəncəvinin həyat və yaradıcılığı”na həsr olunmuş təqdimatlarla çıxış etdilər. Şagirdlər Dahi şairin -“Minacat”,  -“Sənsiz”qəzəlini söylədilər, həmçinin “Nizami” filmindən kadrlar nümayiş etdirildi. Onlayn tədbirdə məktəbin  direktoru Mirnağı Nəzərli çıxış edərək “Kiçik Akademiya”nın fəaliyyətini qənaətbəxş hesab edərək “Kiçik Akademiya” üzvlərinə  tapşırıq və tövsiyələrini bildirdi. Onlayn tədbirdə ''Kiçik Akademiya''nın bölmə rəhbərləri və direktor müavinləri də iştirak etmişdir.

Ətraflı

Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlərMəktəbin “Kiçik Akademiya”sının İncəsənət bölməsinin “Nizami Gəncəvi yaradıcılığında iqtisadi motivlər” mövzusunda növbəti onlayn seminarı keçirildi. Seminar dahi şair Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuşdu. İncəsənət bölməsinin üzvləri öz bacarıqları ilə Nizami Gəncəvinin əsərlərinə illüstrasiyalar və rəsmlər çəkmiş və bu işlərini təqdimat kimi hazırlamışlar. Seminarda ''Kiçik Akademiya''nın üzvləri "- 6-b sinif şagirdi Əlizadə Azər Ceyhun oğlu "Fitnə" əsərinə , 8-a sinif şagirdi Rəhimova Fəridə Əmir qızı “Bəhram şah və çoban” əsərinə, 8-a sinif şagirdi Abdurrəhimli Fatimə Elxan qızı “Kərpickəsən kişinin dastanı” əsərinə, 9-a sinif şagirdi Dadaşova Jalə Vahid qızı “Atanın oğula nəsihəti” əsərinə, 9-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı “Süleyman və qoca” əsərinə çəkdikləri illüstrasiyaları və 9-a sinif şagirdi Əlizadə Yeganə Ceyhun qızı "Nizami Gəncəvi portreti" adlı rəsm nümunəsini də nümayiş etdirmişdir. Şagirdlər dahi şairin yaradıcılığı ilə əlaqədar yazdıqları referat işləri barədə də geniş məlumat verdilər. Tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, ”Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva və "Kiçik Akademiya”nın üzvləri iştirak etdilər. İncəsənət bölməsinin rəhbəri Əlizadə Nərmin çıxış edərək bildirdi ki, şairin yaradıcılığı iqtisadi motivlərlə zəngindir, şairin dünya şöhrətli əsərlərinə şagirdlərimiz müraciət edərək öz rəssamlıq bacarıqlarını nümayiş etdirmişlər. Onlayn tədbirin sonunda məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək şagirdlərin rəssamlıq bacarıqlarını qiymətləndirərək növbəti seminarlarda onlara uğurlar arzuladı.

Ətraflı

Kiçik Akademiyanın seminarıMəktəbin fəaliyyət planına uyğun olaraq “Kiçik Akademiya”nın növbəti onlayn seminarı keçirildi. Seminarda məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Xanımqız Qəniyeva, ”Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva, ”Kiçik Akademiya”nın üzvləri, müəllimlər və şagirdlər iştirak etdilər. Seminarda “Kiçik Akademiya”nın rəhbəri Əliyeva Samirə çıxış edərək ötən tədris ilində görülən işlər haqqında geniş məlumat verdi, sonra “Kiçik Akademiya”nın tərkibinə yeni qoşulmuş üzvlərin adlarını açıqladı.Daha sonra şagirdlər arasında “Kiçik Akademiya”nın şagird prezidenti seçildi. ”Kiçik Akademiya” rəhbərliyinin və seminar iştirakçılarının təşəbbüsü ilə bu vəzifəyə “Kiçik Akademiya”nın incəsənət bölməsinin üzvü, gənc rəssam 9-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı layiq görüldü. Sonra Samirə Əliyeva “Kiçik Akademiya”nın cari tədris ilində fəaliyyət planında nəzərdə tutulan tədbirlər haqqında məlumat verdi. Məktəbin direktoru Mirnağı Nəzərli də çıxış edərək “Kiçik Akademiya”nın işinin qənaətbəxş olduğunu qeyd etdi, yeni seçilən üzvləri təbrik etdi və öz təkliflərini irəli sürdü. Sonda “Kiçik Akademiya”nın bölmə rəhbərləri də çıxış edərək öz fikirlərini bildirdilər.

Ətraflı

Kiçik Akademiyanın Eko Klubla əməkdaşlığıMəktəbdə fəaliyyət göstərən “Kiçik Akademiyanın incəsənət bölməsi fəaliyyət planına əsasən “Sağlam qidalar və təhlükəli qidalar kiçik rəssamların gözü ilə” layihəsinə start vermişdir. Məktəbdaxili layihənin mərhələlərinə uyğun olaraq təsviri incəsənət müəllimi Əlizadə Nərminin təşəbbüsü ilə kiçik rəssamlarımız dərsdənkənar Xəzər rayonu A.S.Makarenko adına Humanitar Fənlər Təmayyüllü Respublika Gimnaziyasında fəaliyyət göstərən “Eko Klub” un üzvləri ilə əməkdaşlıq etdilər. Hər iki məktəbin şagirdləri birlikdə müxtəlif təcrübələr apardılar. “Sağlam qidalanma və sağlam həyat” mövzusunda tədqiqat işlərini nümayiş etdirdilər. Kiçik rəssamlarımız “Sağlam qida” mövzusuna uyğun olaraq layihənin mövzusuna dair öz eskizlərini təqdim etdilər. Layihədə Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə və Gimnaziyada fəaliyyət göstərən “Eko Klub” rəhbəri Babayeva Mehin çıxış edərək şagirdlərə uğurlar arzuladılar.

Ətraflı

Kiçik Akademiyanın uğurlarıKiçik Akademiyanın seminarlarında təqdimatları ilə qalib olan şagirdlər ilə məktəbin direktoru Mirnağı Nəzərli görüşdü, şagirdləri təbrik etdi və onların fikirlərini dinlədi. Həmçinin Kiçik Akademiyanın fəaliyyətinin səmərəli şəkildə qurulması barədə danışdı və öz tövsiyələrini bildirdi. Görüşdə qeyd edildi ki, Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə Ramiz qızı təlim və layihələrdə müvəffəqiyyətlə iştirak etdiyinə görə “Sabahın alimləri” Respublika Müsabiqəsinin Elmi Ekspertiza Komitəsi tərəfindən sertifikatla təltif edilmişdir. Bu münasibətlə də məktəbin direktoru Mirnağı Nəzərli Əliyeva Samirəni təbrik edərək, fəaliyyətində uğurlar arzuladı.

Ətraflı

Kiçik AkademiyaH. İskəndərov adına 206 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 2018-ci ildən fəaliyyətə başlamışdır. İlk gündən əsas məqsədimiz 8-11-ci siniflərdə təhsil alan şagirdlərin elmi axtarışlara sövq edilməsi, onların elmi və yaradıcılıq fəaliyyətinin stimullaşdırılması, elmi tədqiqat işinə meyli olan istedadlı şagirdlərin vaxtında aşkar edilməsindən ibarət olmuşdur. Şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətdə sistemli iş aparmaq, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək, referatlar hazırlamaq, birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq da əsas hədəfimizdir. Məktəbdə “Kiçik Akademiya”nın tərkibində humanitar, texniki, təbiət və incəsənət bölmələri fəaliyyət göstərir. 2018-2019-cu tədris ilində başlayaraq məktəbdə “Kişik Akademiya”nın fəaliyyətinin genişləndirilməsi istiqamətində Fəaliyyət Planı hazırlanaraq təsdiq olunmuşdur. Bununla əlaqədar olaraq məktəbdə “Kiçik Akademiya”nın fəaliyyətinin gücləndirilməsi barədə 04.02.2019-cu il tarixli 27 nömrəli məktəbdaxili əmr verilmişdir. “Kiçik Akademiya”nın üzvləri arasında bölmə rəhbərlərinin köməkliyi ilə seminarlar keçirilmiş, şagirdlərin mövzular üzrə hazırladıqları referatlar dinlənilmiş və onların təqdimatları nümayiş olunmuşdur. Bunlardan misal olaraq: “Buzovna dialektləri”- 7 a sinif şagirdi Şıxəliyeva Fidan, “Buzovnanın toponimləri və memarlıq abidələri”- 8 b sinif şagirdi Quliyeva Fatimə, “Antik yunan fəlsəfəsi”- 10 a sinif şagirdi Qəniyev Şahini göstərmək olar. Daha sonra “Kiçik Akademiya”nın bölmələri üzrə seminarlar təşkil olunmuşdur. İncəsənət bölməsinin üzvləri-gənc rəssamların rəsmlərindən ibarət sərgi təşkil olunmuşdur. Gənc rəssamların yaradıcı işlərinə qiymət vermək, onlara dəstək olmaq üçün Azərbaycan Rəssamlar İttifaqının üzvü, əməkdar rəssam Rafael Muradov ilə görüş keçirilmişdir. Məktəbdə “Kiçik Akademiya”nın “Elm dəryası” adlı divar qəzeti çap olunmuşdur.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Şəbnəm Üzeyirbəyli Həsən

Ləman Şıxəliyeva Arif

HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu X...

BİZİM FƏXRLƏRİMİZ

Şəbnəm Üzeyirbəyli Həsən

Ləman Şıxəliyeva Arif

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi