Şagirdimiz sertifikatla təltif edildi

Bakı Gənclər Mərkəzində Azərbaycan Milli Kulinariya Mərkəzinin 30 illik yubileyi münasibəti ilə gənc kulinarların IV ümumrespublika festivalı keçirilmişdir. Festivalda “Azərbaycan mətbəxi” adlı rəsm müsabiqəsi təşkil edilmişdir. Məktəbin “Kiçik Akademiya”sının incəsənət bölməsinin üzvü - 10-a sinif şagirdi Mirzəyeva Arzu İlqar qızı çəkdiyi rəsmi ilə müsabiqədə iştirak etmişdir.  Təsviri incəsənət müəllimi Nərmin Əlizadənin tövsiyəsi ilə şagirdimiz rəsmdə Azərbaycan mətbəxini sürrealistik üslubda təsvir etmişdir. İstedadlı şagirdimiz Azərbaycan Milli Kulinariya Assosiasiyasının Prezidenti Tahir Əmiraslanov tərəfindən sertifikatla təltif edilmişdir. Məktəbin direktoru Mirnağı Nəzərli şagirdimizi təbrik edərək, ona uğurlar arzulamışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi