HAQQIMIZDA

Bakı şəhəri H. İskəndərov adına 206 nömrəli tam orta məktəb 1923-cü ildən fəaliyyət göstərir. Məktəb "Oğlanlar məktəbi" kimi fəaliyyətə başlamışdır. İndiki məktəb binasının I korpusu XIX əsrin əvvələrində Mehdiqulu bəy tərəfindən inşa edilmişdir. Sonralar bu bina məktəb binası kimi istifadəyə verilmişdir. 2006-cı ildə Heydər Əliyev Fondu tərəfindən köhnə sinif otaqları sökülmüş yeni məktəb binası tikilmişdir. 2013-cü ildə isə əlavə korpus tikilmiş və məktəbin həyətyanı sahəsi təmir olunmuşdur. Məktəb ikinövbəlidir. Tədris Azərbaycan dilində aparılır. Xarici dil valideynlərin ərizəsi əsasında ingilis dili, rus dili və ya alman dili seçilir. 5-ci sinifdə şagirdlərin ikinci xarici dil seçmək imkanı vardır. Hazırda məktəbdə bakalavr və magistr təhsili almış 33 müəllim fəaliyyət göstərir. Məktəb 2016-2017-ci tədris ilində "Ekoloji aylıqlar" layihəsində Bakı şəhər məktəbləri arasında 3-cü yerə layiq görülmüşdür. 2017-2018-ci tədris ilində 9-cu sinfin buraxılış imtahanlarının nəticələrinə görə məktəb 241-ci yerdən 162-ci yerə yüksələrək 79 pillə irəliləmişdir. 2018-ci ildən məktəbdə "Kiçik akademiya" fəaliyyət göstərir. Məktəb 2018-2019-cu tədris ilində "Ən yaxşı məktəb saytı" müsabiqəsi üzrə qalib olduğuna görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən diploma layiq görülmüşdür. Şagirdlərimiz dəfələrlə Respublika fənn olimpiadasının qalibi olmuşdur. Həmçinin idmançı şagirdlərimiz rayon-şəhər mərhələsində qalib olaraq beynəlxalq idman yarışlarında iştirak etmişlər. 2017-2018-ci tədris ilində məktəbin komandası Xəzər rayon tam orta məktəblərinin şagirdləri arasında keçirilən "Şahin" hərbi-idman oyununda 1-ci yerə layiq görülmüşdür. 2023-2024-cü tədris ilində məktəbdə 512 şagird təhsil alır. İki məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbin məzunları arasında tanınmış siyasətçilər, elm xadimləri, müəllimlər, həkimlər vardır. Məktəbdə fəaliyyət göstərən müəllimlərin bir neçəsi bu məktəbin məzunlarıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi