Bayrağımız qürur mənbəyimizdir

Məktəbin tədbirlər planına uyğun olaraq 9 Noyabr Dövlət Bayrağı Gününə həsr edilmiş “Bayrağımız qürur mənbəyimizdir” adlı rəsm sərgisi təşkil edildi. 5-9-cu sinif şagirdlərinin iştirakı ilə keçirilmiş sərgidə təsviri incəsənət müəllimi Əlizadə Nərmin Murad qızı rəsmlərin çəkilməsində şagirdlərə köməklik göstərdi. Şagirdlər çəkdikləri rəsmlərdə dövlətimizin bütövlük, müstəqillik, ucalıq rəmzi olan bayrağımızı müxtəlif cür əks etdirmişlər. Tədbirin keçirilməsində məqsəd bayrağımıza olan sevgini artırmaq və şagirdlərdə vətənpərvərlik hissini möhkəmləndirməkdir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi