Mədəniyyətin beşiyi - Qarabağ memarlığı

Məktəbin Kiçik Akademiyasının İncəsənət bölməsi tərəfindən "Mədəniyyətin beşiyi - Qarabağ memarlığı" mövzusunda seminar təşkil olundu. İncəsənət bölməsinin üzvləri "Şuşa ili" ilə əlaqədar olaraq "Qarabağ memarlığ"ı mövzusuna müraciət etmişlər. Bölmə üzvləri Qarabağ memarlığına aid rəsmlər çəkmiş və təqdimatlar hazırlamışdılar. Seminarda  5-a sinif şagirdi İskəndərova Rüqəyya "Qutlu Musa Türbəsi", 6-a sinif şagirdi Rəcəbov Cabir "Molla Pənah Vaqif məqbərəsi", 7-b sinif şagirdi Əlizadə Azər "Şahbulaq qalası", 9-a sinif şagirdi Rəhimova Fəridə "Şuşa qapıları", 9-a sinif şagirdi Abdurəhimli Fatimə "Gövhər Ağa məscidi", 10-a sinif şagirdi Mirzəyeva Arzu "Laləzar körpüsü", 10-a sinif şagirdi Əliyeva Rəşadə "Xan qızı Natəvan sarayı" memarlıq  abidələrini təsvir etmişlər. Şagirdlərimiz təsvir etdikləri memarlıq abidələri barədə referat işlərini təqdim etdilər. Kiçik  Akademiyanın seminarında  məktəbin direktoru Mirnağı Nəzərli, direktor müavini Ələsgərova Ülviyyə,  Kiçik Akademiyanın rəhbəri Əliyeva Samirə və İncəsənət bölməsinin rəhbəri Əlizadə Nərmin iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi