"Abşeron memarlığı’ mövzusunda seminar

Məktəbin Kiçik Akademiyasının İncəsənət bölməsi tərəfindən "Abşeron memarlığı’ mövzusunda seminar təşkil olundu. İncəsənət bölməsinin üzvləri Abşeron memarlığına aid rəsmlər çəkmiş və təqdimatlar hazırlamışdılar. Seminarda 6-a sinif şagirdi Muradlı Fatimə “Qız qalası”, 7-a sinif şagirdi Pənahova Solmaz ‘Sınıq qala məscidi’, 7-a sinif şagirdi Əliyeva Mədinə ‘Səbayıl qəsri’, 7-a sinif şagirdi Qasımova Nərmin ‘Nardaran qalası", 8-b sinif şagirdi Əlizadə Azər ‘Atəşgah məbədi’, 10-a sinif şagirdi Rəhimova Fəridə ‘Ramana qalası’, 10-a sinif şagirdi Abdurrəhimli Fatimə ‘Mərdəkan qalası’, 11-a sinif şagirdi Mirzəyeva Arzu ‘Şirvanşahlar sarayı’ 11-a sinif şagirdi Əliyeva Rəşadə ‘Qala abidəsi’ memarlıq abidələrini təsvirini yaratdılar və təsvir etdikləri memarlıq abidələri haqqında referat işlərini təqdim etdilər. Kiçik Akademiyanın İncəsənət bölməsinin seminarında məktəbin direktor müavini Xanımqız Qəniyeva, Kiçik Akademiyanın rəhbəri Samirə Əliyeva, məktəbin tarix müəllimi Şəhla Qəniyeva və İncəsənət bölməsinin rəhbəri Nərmin Əlizadə iştirak etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi