Kiçik Akademiyanın seminarları

Məktəbin “Kiçik Akademiya” sının bölmələr üzrə seminarlarına start verilmişdir. Humanitar fənlər bölməsi üzrə keçirilən seminarda şagirdlərin mövzular üzrə hazırladıqları referatlar dinlənildi və onların təqdimatları nümayiş olundu. 9-b sinif şagirdi Əlizadə Leyla Seyfəl qızının  “Uzun Həsən”, 10-a sinif şagirdi Əliyeva Leyli Zaur qızının “Ağabəyim Ağa Ağabacı” mövzusunda hazırladıqları təqdimatlar xüsusilə  fərqləndi. “Kiçik Akademiya”nın rəhbəri Samirə Əliyeva və tarix müəllimi Lamiə Əliyeva təqdimatların hazırlanmasında şagirdlərə öz tövsiyələrini bildirmişlər. Seminarda məktəbin direktoru Mirnağı Nəzərli  iştirak edərək şagirdlərin çıxışlarını dinlədi və öz münasibətini bildirərək onlara uğurlar arzuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi