Xarıbülbül qoxulu Zəfər günü

Xalqımızın tarixində torpaqlarımızın işğaldan azad edilməsi və Zəfər Günü müstəsna əhəmiyyət kəsb edir. Məktəbin fəaliyyət planına müvafiq olaraq Zəfər Gününə həsr olunmuş "Xarıbülbül qoxulu Zəfər günü" adlı əhatəli tədbir keçirilmişdir. Tədbirdə Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Xəzər rayon Hərbi Səfərbərlik idarəsinin kapitanı Ceyhun Məmmədov, 322 nömrəli tam orta məktəbin direktoru Rövşən Qasımov , 120 nömrəli tam orta məktəbin direktoru İsalı Kamran, Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər iştirak etdilər. Tədbir məktəbin həyətində şagirdlərin bədii kompozisiyası, sinif otaqlarının adını daşıyan şəhidlərin portretləri və Dövlət bayrağımızın nümayişi ilə başladı. İstedadlı şagirdlərimiz avtomatın sökülüb-yığılmasını və əleyhqazdan düzgün istifadəni nümayiş etdirdilər. Daha sonra tədbir məktəbin akt zalında davam etdirildi.Tədbirdə Dövlət himni səsləndirildi və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Şagirdlər Vətən müharibəsi şəhidlərinə həsr olunmuş səhnəciklər göstərdilər, qələbəmizi tərənnüm edən şeirlər söylədilər və musiqilər səsləndirdilər Tədbirdə məktəbin direktoru Mirnağı Nəzərli çıxış edərək müzəffər ordumuzun qəhrəmanlığından və qələbəmizin tarixi əhəmiyyətindən danışdı. Həmçinin tədbirin hazırlanmasına görə Azərbaycan dili və ədəbiyyat müəllimləri Samirə Əliyevaya, Aytən Məmmədovaya və şagirdlərimizə təşəkkürünü bildirdi. Tədbirdə qonaqlar, şəhid ailələri və qazilər çıxış etdilər. Tədbirin sonunda Xəzər rayon Gənclər və İdman idarəsinin rəisi Vüqar Əliyev şagirdlərdə vətənpərvərlik tərbiyəsini yüksək səviyyədə formalaşdırdığına görə məktəbin direktoru Mirnağı Nəzərlini fəxri fərmanla, Çagırışaqədərki hazırlıq üzrə rəhbər Sücəddin Haqverdiyevi və bir sıra şagirdlərimizi isə təşəkkürnamə ilə təltif etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi